Şuşada “İlk yardım” üzrə təlimlər keçirilib
11.08.2022 16:41
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 8 avqust 2022-ci il tarixdə Azərbaycan Skautlar Assosiasiyasının Şuşa şəhərində ilk düşərgəsi fəaliyyətə başlayıb.
 
Düşərgə çərçivəsində Azərbaycanla yanaşı, Türkiyə, Moldova, Macarıstan, Gürcüstan, Ukrayna və digər ölkələrdən olan 150-dən çox iştirakçı humanitar fəaliyyət, axtarış və xilasetmə, münaqişələr sonrası bərpa və müasir şəhər planlaşdırılması mövzularında çoxsaylı təlimlərə qatılaraq bu sahələrdə bilik və bacarıqlarını genişləndiriblər.
 
Axtarış və xilasetmə proqramı çərçivəsində 9-10 avqust tarixində Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi və "Uptodate İn Medicine" AHA Beynəlxalq Təlim Mərkəzinin təlimçiləri tərəfindən 150 skaut üçün ümumi ilk yardım, ürək-ağciyər reanimasiyası, defibrilyatordan istifadə və travmalarda xəstəxanayaqədər ilk yardım təlimləri keçirilib.
 
Təlimlərdə xüsusi təyinatlı qüvvələrin hərbi travmalarda ilk yardım üzrə mütəxəssisləri də iştirak edərək öz təcrübələrini paylaşıblar.
 
Bütün təlimlər Amerika Ürək Assosiasiyası və Beynəlxalq Travmada Həyata Dəstək təşkilatının metodologiyası və təlimatlarına əsasən aparılıb.
 
Sonda təlimlərin nəzəri və praktik hissələrini uğurla başa vuran, həmçinin yazılı imtahanı ən azı 84% balla tamamlayan iştirakçılara Amerika Ürək Assosiasiyasının beynəlxalq sertifikatı təqdim edilib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib