Səhiyyə və tibb sahəsində Azərbaycan-İran əməkdaşlığının gücləndirilməsi perspektivləri müzakirə olunub
11.08.2022 16:56

Səhiyyə Nazirliyində İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi ilə görüş keçirilib.

 

Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev son illərdə Azərbaycan və İran arasında digər istiqamətlərdə olduğu kimi, səhiyyə sahəsində də əlaqələrin genişləndiyini diqqətə çatdırıb. Nazir bildirib ki, dövlət başçılarının müntəzəm görüşləri, eyni zamanda hökumət üzvlərinin qarşılıqlı səfərləri iki ölkə arasında müxtəlif istiqamətlərdə, o cümlədən səhiyyə sahəsində münasibətlərin inkişafında mühüm rol oynayır.

 

Ölkələrimiz arasında səhiyyə və tibb elmi sahəsində əlaqələrin mövcud vəziyyətindən məmnunluğunu bildirən Teymur Musayev əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Azərbaycan Tibb Universitetinin Təbriz Tibb Elmləri Universiteti və İran İslam Respublikasının digər tibb ocaqları ilə əməkdaşlığını xatırladan nazir ali tibb məktəbləri arasında tələbə mübadiləsinin bu işə böyük töhfələr verəcəyinə əminliyini ifadə edib.

 

Daha sonra çıxış edən Seyid Abbas Musəvi İranla Azərbaycan münasibətlərinin yaxın dostluq və sıx əməkdaşlıq üzərində qurulduğunu deyib. Son illər ölkələrimiz arasında əczaçılıq sənayesində uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayan səfir tibb təhsili sahəsində də qarşılıqlı fəaliyyət üçün yeni imkanların yaradıldığını bildirib. Səfir qeyd edib ki, hazırda minə yaxın İran vətəndaşı Azərbaycan Tibb Universitetində ali tibbi təhsil alır.

 

Konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə tərəflər səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın intensivləşdirilməsi, eləcə də əczaçılıq sənayesində gələcək əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib