AQTİ ilə Türkiyə Universiteti arasında Anlaşma Memorandumu imzalanıb
10.08.2022 13:48

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı sahəsində qabaqcıl ölkələrin təcrübəsinin öyrənilməsi, həmçinin qarşılıqlı bilik və təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədilə beynəlxalq təşkilatlar, xarici ölkələrin analoji qurumları, eləcə də elm müəssisələri ilə əməkdaşlığın genişləndirilməsi sahəsində fəaliyyətini davam etdirir.

 

Bu məqsədlə institutla Türkiyə Respublikası İzmir Katib Çələbi Universiteti arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

 

İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən verilən məlumata görə, Memoranduma əsasən, tərəflər arasında balıq xəstəlikləri sahəsində prioritet məsələlərdə birgə elmi-tədqiqat və inkişaf layihələrinin həyata keçirilməsi üçün əməkdaşlıq və həmin layihələrin nəticələrinin tətbiqi nəzərdə tutulur. Yaradılacaq ortaq işçi qrupu Anlaşma Memorandumu çərçivəsində hazırlanacaq elmi tədqiqat layihələrinin mövzu və məzmununu da müəyyən edəcək.

 

Bilik və təcrübə mübadiləsi çərçivəsində ölkəmizdə balıqçılıq sahəsindəki qanunların təhlil edilməsi, AQTİ ilə təcrübə mübadiləsi və texniki informasiya dəstəyinin verilməsi, institut tərəfindən müəyyən edilmiş iqtisadi əhəmiyyətə malik kənd təsərrüfatı məhsullarında zərərli orqanizmlər üzrə risk analizlərinin aparılması, eləcə də digər fəaliyyətlər nəzərdə tutulur. Həyata keçiriləcək layihələr çərçivəsində elmi ədəbiyyat, informasiya, texnologiya və metodologiyaların qarşılıqlı şəkildə paylaşılması və mübadiləsinın aparılması da planlaşdırılır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib