Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri sanatoriya və müalicə pansionatlarına baxış keçirib
10.08.2022 11:35

İşçilərin sağlamlığının qorunması və möhkəmləndirilməsi, onların müalicəsinin təşkili Azərbaycan Həmkarlar İttifaqlarının əsas funksiyalarından biri hesab olunur. Bu məqsədlə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) 8 sanatoriyası və bir müalicə pansionatı fəaliyyət göstərir. Sanatoriyalardan 6-sı ilboyu, 2-si isə mövsümi işləyir. Hər il həmkarlar ittifaqlarının minlərlə üzvü yollayışlarla təmin edilir, onların normal müalicəsi üçün hər cür  şərait yaradılır.

 

Avqustun 9-da AHİK sədri Səttar Möhbalıyev “Şıx”, “Abşeron”, “Günəşli”, “Bilgəh” sanatoriyalarına, eləcə də yeni tikilməkdə olan “Şəki” və təmirə dayanmış “Xəzər” sanatoriyalarına baş çəkib, buradakı vəziyyətlə tanış olub.

 

Səttar Möhbalıyev sanatoriyalarda müalicə alan vətəndaşlarla görüşüb. Pasiyentlər onlara göstərilən diqqət və qayğıdan razı qaldıqlarını deyərək, müalicənin və istirahətin yüksək səviyyədə təşkil olunduğunu qeyd ediblər.

 

AHİK sədri, həmçinin istirahət edənlərin təkliflərini dinləyib. O, sanatoriya rəhbərlərinə xidmətlərin daha yüksək səviyyəyə qaldırılması və yaranan hər hansı bir problemin tezliklə həll olunması üçün tövsiyə və tapşırıqlarını verib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır