Sanatoriya və müalicə pansionatlarına baxış keçirilib
09.08.2022 15:39

İşçilərin sağlamlığının qorunması və möhkəmləndirilməsi, onların müalicəsinin təşkili Azərbaycan həmkarlar ittifaqlarının əsas funksiyalarından biri hesab olunur. Bu məqsədlə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) 8 sanatoriyası və bir müalicə pansionatı fəaliyyət göstərir. Sanatoriyalardan 6-sı ilboyu, 2-si isə mövsümi işləyir. Hər il həmkarlar ittifaqlarının minlərlə üzvü yollayışlarla təmin edilir, onların normal müalicəsi üçün hər cür şərait yaradılır.

 

Avqustun 9-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev “Şıx” (dayaq-hərəkət sistemi xəstəliklərinin müalicəsi), “Bilgəh” kardioloji, “Qaranquş” uroloji, “Abşeron” mədə-bağırsaq və “Günəşli” nevroloji sanatoriyalarına baş çəkib.

 

S.Möhbalıyev sanatoriyaların ərazisini gəzib, tibb məntəqələrinə, müalicə və yaşayış otaqlarına, yeməkxanaya və mətbəxə baxış keçirib, pasiyentlərlə söhbət edib, onların müalicə şəraiti ilə maraqlanıb. AHİK sədri, həmçinin müalicə olunan şəxslərin rəy və təkliflərini öyrənib.

 

Yaradılmış şəraitdən minnətdarlıqlarını ifadə edən insanlar aparılan müalicədən razı qaldıqlarını bildiriblər.

 

AHİK sədri müalicə mərkəzlərinin rəhbərlərinə bir sıra müvafiq göstəriş və tapşırıqlarını verib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib