Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Səhiyyə sistemi” işçi qrupunun növbəti iclası keçirilib  
08.08.2022 15:50
Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Səhiyyə sistemi” işçi qrupunun video-konfrans formatında növbəti iclası keçirilib.
 

Aztibb.az-ın məlumatına görə, tədbirdə Səhiyyə Nazirliyi, İcbari Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, Dövlət Statistika Komitəsinin, həmçinin Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Səhiyyə sistemi” işçi qrupunun nümayəndələri iştirak ediblər.

 

İclasda “Səhiyyə sistemi” işçi qrupunun Fəaliyyət Planı təsdiq olunub.

 

Sonra Plana müvafiq olaraq görülmüş işlər, eyni zamanda yaxın gələcəkdə görüləcək tədbirlərin müzakirəsi aparılıb.

 

Toplantıda giriş sözü işçi qrupun sədri, səhiyyə nazirin müavini Rasim İsmayılov çıxış edib. Daha sonra digər iştirakçıların çıxışları dinlənilib, növbəti görüşlər üçün həyata keçiriləcək fəaliyyət istiqamətləri barədə təkliflər verilib.

 

İclasın sonunda əhalinin sağlamlığının yaxşılaşdırılması istiqamətində yeni maarifləndirici mobil tətbiqlər və internet-portallarının istifadəyə verilməsi ilə bağlı, eyni zamanda psixi sağlamlığın yaxşılaşdırılması sahəsində görüləcək işlər barədə yekun qərar verilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib