Qida Təhlükəsizliyi İnstitutunun əməkdaşları İtaliyada təcrübə keçiblər    
05.08.2022 18:13

Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) əməkdaşların peşəkarlığının yüksəldilməsi və səriştəliliyinin artırılması məqsədilə beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrini inkişaf etdirir. İnstitut mütəxəssisləri mütəmadi olaraq xarici ölkələrdə keçirilən təlimlər zamanı təcrübə mübadiləsi aparırlar.

 

AQTİ-nin İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) Laboratoriya Tvinninq Layihəsinin heyvanlarda zəhərlənmə müayinələrinin aparılmasına dəstək fəaliyyəti çərçivəsində institutun əməkdaşları İtaliya Respublikasının Teramo şəhərində yerləşən Abruzzo e del Molise Giuseppe Caporale Eksperimental Zooprofilaktika İnstitutunda olublar.

 

Səfər çərçivəsində institut mütəxəssisləri heyvan zəhərlənməsi hallarının baytar həkimləri tərəfindən müayinəsinin nümayişi və ən çox rast gəlinən zəhərli maddələrin asan identifikasiyası haqqında məlumat verilməsi, nümunə qəbulundan sonrakı 48 saat ərzində müvafiq qurumlara verilən hesabatın ətraflı izahı, eləcə də 3 fərqli metoddan yararlanmaqla 45 zəhərli kimyəvi tərkibli maddənin müayinəsi prosesində iştirak ediblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib