Könüllü gömrükçülər təlimlərə cəlb olunublar
05.08.2022 17:36
25.07 - 05.08.2022 tarixləri ərzində Mərkəzi Gömrük Hospitalında fəaliyyət göstərən könüllü gömrükçülər kargüzarlıq və təqdimat hazırlama bacarıqlarının inkişaf etdirilməsinə dair təlimlərə cəlb olunublar. Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzi tərəfindən təşkil olunan təlimlər Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Sanitar–Karantin Xidmətinin kargüzarı Vüsalə Ağayeva və Mərkəzi Gömrük Hospitalının marketinq mütəxəssisi Fərid İsrafilzadə tərəfindən həyata keçirilib.
 
Aztibb.az xəbər verir ki, təlimlər zamanı könüllü gömrükçülər ofis proqramları vasitəsilə sənədlərin hazırlanması zamanı diqqət edilməli vacib məqamlar, cədvəllərin, diaqram və qrafiklərin qurulması, hesablama və digər zəruri əməliyyatların həyata keçirilməsi, o cümlədən təqdimat hazırlayarkən slaydların yaradılması, slaydlararası keçidlərin tənzimlənməsi və digər mövzulara dair ilkin biliklərə yiyələniblər.
 
Təlimlər sual-cavab sessiyaları vasitəsilə interaktiv şəkildə həyata keçirilib. Təlimlərin sonunda könüllülərin biliklərinin qiymətləndirilməsi məqsədilə yekun qiymətləndirmə sessiyası təşkil olunub. Qiymətləndirmə zamanı könüllülər tərəfindən hazırlanmış təqdimatlar dinlənilib və onlara müvafiq tövsiyələr verilib.
 
Qeyd edək ki, Mərkəzi Gömrük Hospitalında fəaliyyət göstərən könüllülərin Hospitalın müxtəlif şöbələri daxilindəki fəaliyyətləri ilə yanaşı təlimlərə cəlb olunma prosesləri də mütəmadi olaraq həyəta keçiriləcək.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub