Prezidentin sərəncamı ilə təltif edilən tibb işçilərinə fəxri adlar təqdim edilib
05.08.2022 16:47

Məlumdur ki, Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, bir qrup səhiyyə işçisi “Tərəqqi” medalı və fəxri adlarla təltif edilib. Azərbaycan Respublikasında səhiyyə sahəsində səmərəli fəaliyyətlərinə görə Abdurahmanov Mehrab Nəhməd oğlu, Əliyeva Nailə Həsən qızı, İsmayılov Hikmət İbrahim oğlu, Pirəliyeva Həqiqət Novruz qızı və Rəhimov Afiq Allahverdi oğlu “Tərəqqi” medalına, Qədirova Nuriyə Baba qızına “Əməkdar həkim” fəxri adına layiq görülüb.

 

Səhiyyə Nazirliyində ölkə başçısının sərəncamı ilə təltif edilən tibb işçilərinə medal və fəxri adların təqdim edilməsi mərasimini keçirib.

 

Toplantıda səhiyyə naziri Teymur Musayev təltif edilmiş səhiyyə işçilərini təbrik edib. O, mükafatlanan şəxslərin hər birinin səhiyyə sahəsində uğurlarının, naliyyətlərinin olduğunu diqqətə çatdırıb.

 

Qeyd olunub ki, son illər Azərbaycanda səhiyyənin inkişafı ilə bağlı həyata keçirilən dövlət proqramları, layihələr, inşa olunan tibb müəssisələri, onların ən müasir avadanlıqla təchiz olunması Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sahəyə göstərdiyi böyük diqqət və qayğının bariz nümunəsidir.

 

Daha sonra səhiyyə naziri Teymur Musayev mükafatları təqdim edib və mükafatlanan şəxslərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub