Peşəkar həkimlərimizi tanıyaq! - Tibb üzrə fəlsəfə doktoru Elvin Əzizov
05.08.2022 10:21
“Həkimlərimizi tanıyaq!” rubrikamızda Sizlərə peşəkarlığı ilə seçilən və pasiyentləri arasında böyük rəğbət qazanmış otorinolarinqoloq, tibb üzrə fəlsəfə doktoru Elvin Əzizovu təqdim edirik.
Elvin Əzizov 2007-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsini bitirib, 2007-2009-cu illərdə Ukraynada Xarkov Diplomdansonrakı Tibb Akademiyasının Otorinolarinqologiya kafedrasında ordinatura, 2010-2013-cü illərdə isə aspirantura təhsili alıb. O, 2013-2015-ci illərdə Xarkov Diplomdansonrakı Tibb Akademiyasının Otorinolarinqologiya kafedrasında uşaq otorinolarinqoloqu kimi fəaliyyət göstərib. 2015-ci ildən Mərkəzi Gömrük Hospitalında həkim-otorinolarinqoloq kimi çalışır.
Həkim Mərkəzi Gömrük Hospitalında adenoidektomiya, tonzillektomiya, qulaq pərdəsinə parasentez boru yerləşdirilməsi, xarici qulağın plastikası, açıq və qapalı burun çəpər əyriliyi əməliyyatı, rinoplastika, burun polipləri və burun cibləri xroniki iltihablı xəstəliklərinin cərrahi yolla təmizlənməsi, boynun ön və yan divarının kistlərinin əməliyyatı, eləcə də qırtlaq biopsiyaları və poliplərinin xaric edilməsi əməliyyatını həyata keçirir.
O, 2014-cü ildə Ukraynanın paytaxtı Kiyev şəhərində A.S.Kolomiyçenko adına Elmi-Tədqiqat Otorinolarinqologiya İnstitutunda "Ağırlaşmış sinusitli xəstələrdə cərrahi müalicənin fotohemoterapiya istifadəsi ilə optimallaşdırılması" mövzusunda dissertasiya işini müdafiə edərək tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
Daim öz üzərində işləyən, qabaqcıl təcrübəni öyrənərək işində tətbiq edən Elvin Əzizov 2012-ci ildə Ukrayna həkim-otorinolarinqoloaqların elmi-tibbi birliyinin "LOR orqanlarının xroniki iltihabi xəstəliklərinin müasir müalicə və diaqnostika metodları" adlı elmi-praktiki konfransında, 2019-cu ildə Rusiyanın Sankt-Peterburq şəhərində burun boşluğu, paranazal sinusların və kəllə əsasının kadavra materialı üzərində endoskopik sinus cərrahiyyəsi kursunda iştirak edib.
Həkim barədə daha ətraflı məlumat almaq üçün aşağıdakı linkə daxil ola bilərsiniz:
Bu bölməyə aid digər xəbərlər
Azərbaycan tibb tarixində ilk: 19 həftəlik hamilə qadının üzərində dünyada nadir rast gəlinən əməliyyat aparıldı
23.10.2026 | 13:44
Mərkəzi Gömrük Hospitalının Fizioterapiya şöbəsində müasir müalicə və reabilitasiya metodları tətbiq olunur
23.10.2026 | 09:54
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Tədris Cərrahiyyə Klinikasında uğurlu əməliyyat: Xəstənin çənəsində zədələnmiş sümük toxumasının rezeksiyası icra edilib
22.10.2026 | 13:22
ATU Beynəlxalq Kitab Sərgisində təmsil olunur
22.10.2026 | 11:48
Respublika Kliniki Uroloji Xəstəxanasında ilk dəfə laparoskopik adrenalektomiya əməliyyatı aparılıb
22.10.2026 | 10:38
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
22.10.2026 | 09:11
Mərkəzi Neftçilər Xəstəxanasında ürəyi dayanan pasiyent həkimlərin operativ müdaxiləsi ilə həyata qaytarılıb
21.10.2026 | 16:17
Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib
21.10.2026 | 14:40
Patronaj xidməti ailələrə daha yaxın: 300-dən çox şəxs tibbi müayinələrə cəlb olunub
21.10.2026 | 14:34
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
18.10.2026 | 08:12

