“Körpə dostu klinikası təşəbbüsü” layihəsi çərçivəsində növbəti tədbir keçirilib
04.08.2022 22:23
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) əməkdaşlığı çərçivəsində “Körpə dostu klinikası təşəbbüsü” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.
 
Tədbirdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji təhlil departamentinin rəhbəri Araz Nəsirov, TƏBİB-in Tibbi fəaliyyətin təşkili departamentinin rəhbəri Teymur Mirzəbəyli, TƏBİB-in Ana və uşaq sağlamlığının təşkili şöbəsinin məsləhətçisi Şəbnəm Şahgəldiyeva, UNICEF-in Səhiyyə və sağlamlıq proqramının rəhbəri Töhfə Cəmilova, UNICEF-in “Körpə Dostu Klinikası Təşəbbüsü” layihəsinin koordinatoru Vəfa Ağayeva, Elmi-Tədqiqat Pediatriya İnstitutunun baş həkimi Azər Əhmədov və TƏBİB-in tabeliyində olan müəssisələrin rəhbərləri və məsul əməkdaşları iştirak ediblər.
 
Açılış nitqi ilə çıxış edən TƏBİB-in Tibbi fəaliyyətin təşkili departamentinin rəhbəri Teymur Mirzəbəyli bildirib ki, bütün dünyada olduğu kimi ana və uşaq sağlamlığı məsələsi ölkəmizdə də səhiyyənin prioritet istiqamətlərindən biridir. Səhiyyə müəssisələri bunu nəzərə almalı və işlərini bu istiqamətdə qurmalıdırlar.
 
Daha sonra TƏBİB-in Ana və uşaq sağlamlığının təşkili şöbəsinin məsləhətçisi Şəbnəm Şahgəldiyeva “Körpə dostu klinikası təşəbbüsü” və “Ana südü ilə uğurlu qidalandırmaya doğru 10 addım” mövzularında təqdimatlarla çıxış edib.
 
UNICEF-in Səhiyyə və sağlamlıq proqramının rəhbəri Töhfə Cəmilova və Elmi-Tədqiqat Pediatriya İnstitutunun baş həkimi Azər Əhmədov isə ana südünün körpələrin qidalandırılmasında olan əhəmiyyətlərindən və bunun geniş şəkildə təbliğ olunmasının vacib olduğundan danışıblar.
 
Tədbirdə UNICEF-in “Körpə dostu klinikası təşəbbüsü” layihəsinin koordinatoru Vəfa Ağayeva TƏBİB-in 15 tabeli tibb müəssisələrində keçirilmiş monitorinqin nəticələri barədə tədbir iştirakçılarına geniş məlumat verib.
 
Sonda monitorinqin yekunlarına dair müzakirələr aparlıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub