FAO-nun ekspertləri ilə görüşdə xırdabuynuzlu heyvanların taunu xəstəliyi müzakirə olunub
03.08.2022 14:44

Qida Təhlükəsizliyi Agentliyində Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) ekspertləri Susanne Munstermann və Kamila Benfieldlə görüş keçirilib.

 

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, görüşün məqsədi Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına (ÜHST) təqdim etmək üçün xırdabuynuzlu heyvanların taunu xəstəliyinə dair sənədlər toplusunun hazırlanmasıdır. Sənədlərin avqustun 20-nədək quruma təqdim olunması nəzərdə tutulub.

 

Qeyd edək ki, ayrı-ayrı ölkələr öz ərazisinin xırdabuynuzlu heyvanların taunu xəstəliyindən azad olmasının ÜHST tərəfindən rəsmi tanınması və xəstəlik üçün milli nəzarət proqramının təsdiqi ilə əlaqədar həmin quruma müraciət edir. ÜHST-nin qaydalarına əsasən, beynəlxalq ticarət şəbəkəsi vasitəsilə diri heyvanlar və heyvan mənşəli məhsulların dövriyyəsinin təmin olunması üçün ölkələr bir sıra heyvan xəstəliklərindən azad statusa malik olmalıdır və onlardan biri də xırdabuynuzlu heyvanların taunu xəstəliyidir.


İndiyədək ölkəmizin ərazisində xırdabuynuzlu heyvanların taunu xəstəliyi qeydə alınmayıb. Son beş ildə sistematik olaraq aparılmış epizootoloji və seroloji monitorinqlərdə ölkədə xəstəliyin törədicisinə rast gəlinməməsi isə epizootik sabitliyin qorunub saxlanıldığını göstərir.

 

Bununla belə, respublika ərazisində xəstəliyin mümkün yayılma areallarının öyrənilməsi üçün FAO-nun dəstəyi ilə həyata keçirilən “Baytarlıq diaqnostikası da daxil olmaqla xəstəliklərin müşahidəsi üçün milli potensialın artırılması - TCP/AZE/3706” layihəsi çərçivəsində xırdabuynuzlu heyvanların taunu xəstəliyi üzrə aktiv nəzarət sisteminin yaradılmasının vacibliyi və xəstəlikdən azadolmanın müəyyən edilməsi planının tətbiqi kimi məsələlər həyata keçirilərək uğurlu nəticələr əldə edilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib