COVID-19-un beyinə təsiri araşdırılıb - Əsəb toxumalarını zədələyir  
19.09.2020 15:17

Koronavirus insanın beynini bütün digər viruslardan daha ciddi şəkildə zədələyə bilər. Yəni bu xəstəlik nəinki ağciyərləri və tənəffüs yollarını, həm də insan orqanizminin digər orqanlarını da zədələyir. O, ürəyə, qan damarlarına, əsəb toxumalarına, dəriyə xətər vura bilir.

 

Macarıstan, Almaniya və Böyük Britaniyadan olan bir qrup alim bu qənaətə gəlib. Onlar COVID-19-un bu xəstəliyə yoluxan və hətta koronavirusdan sağalan insanın beyninə təsirini birgə öyrəniblər. Məlum olub ki, hətta xəstəliyin yüngül simptomlarının aşkarlandığı pasiyentlərin də beyni ciddi zədələnə bilər.

 

Alimlər, həmçinin koronavirusun əmələ gətirdiyi xəstəliklərin də tədqiqatını aparıblar. Nəticədə onlar koronavirusun bəzi pasiyentlərdə sağlamlıqla bağlı uzunmüddətli problemlər əmələ gətirdiyini təsdiqləyiblər. Xəstələrin çoxu sağaldıqdan sonra da uzun müddət özlərində təngnəfəslik və yorğunluq hiss edirlər. Sağalanların bəzisi isə əl-ayaqda keyləşmə, zəiflik, yaddaş problemindən əziyyət çəkirlər.

 

Məsələn, sınaqlarda iştirak edən, daha əvvəl psixi xəstəliklərdən əziyyət çəkməyən bir qadın xəstəxanadan evə buraxılan gün özünü qəribə aparmağa başlayıb, onda psixi pozğunluğun bütün əlamətləri yaranıb.

 

COVID-19-a yoluxmuş 40 pasiyentə onlarda daha əvvəl rast gəlinməyən kəskin dağınıq ensefalomielit diaqnozu qoyulub.

 

Alimlər xəbərdarlıq edirlər ki, sağalanların bəzisində virus orqanizmdə yalnız sonrakı illərdə gözə çarpacaq beyin zədələnməsi kimi fəsadlar törədəcək. Bununla yanaşı, alimlər xatırladırlar ki, “ispan qripi”ndən sağalan təqribən 1 milyon insanda sonradan beyin zədəsi kimi ağırlaşmalar aşkarlanıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub