Sumqayıtda “Ümumdünya ana südü ilə qidalandırma həftəsi”nə həsr olunan tədbir keçirilib (FOTO)
02.08.2022 16:18
Sumqayıt Tibb Mərkəzinin (STM) tabeliyində olan Perinatal Mərkəzin təşkilatçılığı ilə 1-7 avqust “Ümumdünya ana südü ilə qidalandırma həftəsi”nə həsr olunan tədbir keçirilib.
 
Aztibb.az xəbər verir ki, STM-in Perinatal Mərkəzinin baş həkimi Təranə Rəcəbli açılış nitqi ilə çıxış edərək bildirib ki, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB, BMT-nin Uşaq Fondu və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən hər il 1-7 avqust tarixləri ölkəmizdə ana südü ilə qidalandırma ilə bağlı müxtəlif tədbirlər keçirilir. Qeyd edib ki, bu tarixin keçirilməsində əsas məqsəd körpələrin ana südü ilə qidalandırılmasını təbliğ və təşviq etmək, ana südü ilə qidalandırmanın körpələrin, o cümlədən anaların sağlamlığı üçün əhəmiyyəti barədə geniş maarifləndirmə aparmaqdır.
 
Sumqayıt Tibb Mərkəzin direktoru Səkinə Sadıxova ana südü ilə qidalanmanın əvəzsiz rolundan danışıb. Bildirib ki, ana südü uşaqların sağlamlığını ən yüksək səviyyədə təmin edir və xarici mühitin xoşagəlməz təsirlərinə qarşı orqanizmin davamlığını artırır. Eyni zamanda, körpələri ana südü ilə qidalandırmağın ən mühüm üstünlüklərindən biri də ana ilə uşaq arasında emosional və fiziki əlaqəni təmin etməkdir. Vurğulayıb ki, körpəni ana südü ilə qidalandırmağın qadının sağlamlığına da müsbət təsir göstərir.
 
Sumqayıt şəhər icra hakimiyyəti başçısının müavini Ülviyyə Müzəffərova bildirib ki, dövlətimiz tərəfindən səhiyyəyə böyük diqqət və qayğı göstərilir. Müasir standartlara cavab verən 2 nömrəli xəstəxananın tikintisi bunun bariz nümunəsidir.
 
Tədbirdə simvolik olaraq iştirakçılar örtüklər geyiniblər. Bu da ana südü ilə qidalanmanın əhəmiyyətini bir daha göstərib. İlk mamaça olan Floresinsin siması da tədbirdə canlandırılıb.
 
Ankara Universiteti Tibb fakultəsinin professoru Ömer Erdeve keçirilən bu tədbirin əhəmiyyətindən danışıb və bu addımı yüksək qiymətləndirib. Perinatal Mərkəz adından Ömer Erdeve hədiyyələr təqdim olunub.
 
Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, TƏBİB-in, BMT-nin Uşaq Fondunun nümayəndələri öz çıxışlarında ana südünün uşağın inkişafı, onun immun sisteminin güclü olması, gələcək fiziki və zehni inkişafına göstərdiyi təsirdən söz açıb və iştirakçıları süni qidalardan uzaq olmağa çağırıblar.
 
Çıxışlardan sonra “Ana Südü ilə qidalandırmaya sosial yanaşma”, “Hamiləlikdə COVİD-19-a yoluxmuş analardan doğulan yenidoğulmuşların qidalanması”, “Ana Südü ilə qidalandırmanın üstünlükləri”, “Ana südünün möcüzəsi” mövzusunda təqdimatlar nümayiş olunub.
 
Sonda iştirakçılara ana südü ilə qidalanmanın faydalarına dair maarifləndirici materiallar paylanılıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub