Avropalı tələbələr ATU-da yay təcrübəsi keçiblər
02.08.2022 11:11

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında xarici ölkələrdən praktikaya gələn tələbələrlə görüş keçirilib. Görüşdə Birləşmiş Krallıq, Polşa, Sloveniya, Türkiyə, Yunanıstan və İspaniyadan olan gənclər iştirak ediblər.

 

Aztibb.az xəbər verir ki, ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev universitetin xarici ali təhsil müəssisələri ilə əməkdaşlığı, bir sıra qurumlarla ortaq layihələr və müştərək elmi araşdırmalar barədə ətraflı məlumat verib. ATU-nun dünyanın bir sıra aparıcı universitetləri ilə imzaladığı əməkdaşlığa dair memorandumlar çərçivəsində həmin ali məktəblərlə uğurlu tələbə mübadiləsinin aparılması mümkün olduğunu qeyd edib. Prorektor, 2020-ci ildə ATU ilə AzerMDS arasında əməkdaşlıq memurandumunun imzalandığını, bu əməkdaşlığın əsas istiqamətinin tələbələrin yay praktikasının təşkilindən ibarət olduğunu deyib. Çıxışın sonunda O.İsayev AzerMDS-in sədri Aqil Vəlizadəyə təşkilati məslələrdə göstərdiyi dəstəyə görə öz təşəkkürün bildirib.

 

Qeyd olunub ki, Həkimlər və Təbib Tələbələr Birliyi (AzerMDS) ilə uzunmüddətli əməkdaşlıq çərçivəsində bu il də əcnəbi tələbələr iyul ayında ATU-nun Tədris Cərrahiyyə Klinikasında yay praktikası keçiblər. Praktika proqramı klinikanın Ümumi Cərrahiyyə, Pediatrik Cərrahiyyə, Neyrocərrahiyyə, Neonatologiya, Travmatologiya və ortopediya, Ginekologiya və digər şöbələrində həyata keçirilib.

 

Avropanın müxtəlif ölkələrini təmsil edən tələbələr ATU-nun Tədris Cərrahiyyə Klinikasında praktikanın səmərəli olduğunu qeyd ediblər. Bu müddət ərzində əməliyyatlarda assistentlik etdiklərini, maraqlı təlimlərdə iştirakçı olduqlarını, tanınmış professorlardan dərs aldıqlarını, müasir tibbi mulyajlar üzərində işlədiklərini vurğulayıblar. Əcnəbi praktikantlar klinikada onların tədrisi üçün yaradılan şərait və nümayiş etdirilən xoş münasibətə görə ATU rəhbərliyinə və kollektivinə təşəkkürlərini bildiriblər.

 

ATU-nun Tədris Cərrahiyyə Klinikasının tədris işləri üzrə müdür müavini, professor Davud Pənahov əcnəbi tələbələrin praktikasının  gedişi haqqında danışıb. Onun sözlərinə görə, tələbələrin hər biri ayrılıqda ona təhkim edilmiş kuratorun köməyilə ATU həkimlərinin keçirdiyi mürəkkəb cərrahiyyə əməliyyatlarında iştirak ediblər, müayinə və müalicə proseslərini yaxından izləyiblər. Professor D.Pənahov qarşılıqlı əməkdaşlığın gələcəkdə müsbət nəticələr verəcəyinə əminliyini vurğulayıb.

 

Sonda ATU-nun məsul şəxslər tərəfindən əcnəbi tələbələri maraqlandıran sualları cavablandırılıb.

 

Qeyd edək ki, görüşdə, həmçinin Həkimlər Təbib Tələbələr Birliyinin (AzerMDS), Elmi Araşdırma üzrə Daimi Komitə rəhbəri Nigar Əfəndiyeva və birliyin sədri Aqil Vəlizadə də iştirak ediblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub