Uzman həkim Ramin Mahmudov Kliniki Tibbi Mərkəzdə fəaliyyət göstərəcək
02.08.2022 11:58
Uzman həkim Ramin Mahmudov Kliniki Tibbi Mərkəzin tabeliyində olan Ə.F.Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasında Yeni doğulmuşların Patologiyası şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
 
Bu barədə Aztibb.az-a Kliniki Tibbi Mərkəzdən məlumat verilib.
 
Qeyd olunub ki, Ramin Mahmudov 4 noyabr 1985-ci ildə Rusiyanın Leninqrad şəhərində anadan olub. 1993-2004-cü illərdə Ağdam rayonu 36 saylı orta məktəbdə təhsil alıb. 2004-2010-cu illərdə Azərbaycan Tibb Universitetində təhsilini davam etdirib. 2010-2011-ci illərdə Ağdam rayon Mərkəzi Xəstəxanasında pediatriya üzrə internatura keçib.
 
2013-2017-ci illərdə Türkiyənin Marmara Universiteti “Eğitim və Araştırma” xəstəxanasında Uşaq Sağlığı və xəstəlikləri üzrə Uzmanlıq təhsili alıb. 2018-2020-ci illərdə isə İstanbul Medivia xəstəxanasında Uzman Pediatr-neonatoloq vəzifəsində çalışıb.
2020-2022-ci illərdə Məlhəm Hospitalda pediatr-neonatoloq vəzifəsində çalışıb.
 
O, 2014-cü ildə “Birinci Marmara Pediatri Kongresi”, 2016-cı ildə “Neonatal Resusitasyon Proqramı”, 2019-cu ildə “Genç Pediatristler Kongresi”ndə iştirakçı olub. TTB-nin (Türk Təbiblər Birliyi) üzvüdür.
ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Milli İdman Tibb və Reabilitasiya İnstitutu pediatr vəzifəsi üzrə həkim axtarır
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
Beynəlxalq elmi arenada Azərbaycan imzası: Turner sindromunda uğurlu böyrək transplantasiyası
Vətəndaşlara operativ təcili və təxirəsalınmaz tibbi yardım göstərilir
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Laçın RMX-da təlim: “Uşaqlarda qastroenteritlərin düzgün diaqnostikası və müalicəsi” 
Miopiyanın müalicəsində cərrahi yanaşmalar: gözlərinizə yeni perspektiv
Gülxətmi çayının faydaları və yan təsirləri açıqlanıb
SMA dərmanları ilə bağlı araşdırma aparılır - Nazir açıqladı