Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin 40 yaşı tamam olub
01.08.2022 15:28

Toksikologiya şöbəsi 1982-ci ilin iyulunda yaradılıb. Bu, Qafqazda kəskin kimyəvi zəhərlənmələrin müayinəsi və müalicəsi ilə məşğul olan ilk tibb müəssisəsi idi. Mərkəz ən müasir avadanlıqlarla, müasir qantəmizləmə və reanimasiya aparatları, hemodializ, yüksək atmosferli oksigen, o cümlədən dəm qazı ilə zəhərlənmələrin, eləcə də qaraciyərdə olan müxtəlif mənşəli zəhərlənmə hallarının qarşısını alan barokameralarla təchiz edilmişdi. Hər il təxminən 15 minə yaxın xəstə müayinə və müalicə üçün qəbul edilirdi.

 

Aztibb.az xəbər verir ki, bu barədə Bakı şəhər Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov məlumat verib.

 

O, 1998-cü ildən müəssisəyə rəhbərlik edir, tibb üzrə fəlsəfə doktorudur. Baş həkim deyib: “Şöbə dəm qazı, kimyəvi məişət maddələri ilə, dərman, narkotik preparatlar, psixotrop maddələr və ağır metallarla zəhərlənmələrdən, eləcə də ilan sancması zamanı zərər çəkənlərə yardım göstərir. Hər il orta hesabla 7-8 min xəstə ambulator müayinədən keçirilir və onlardan 2- 2,5 min xəstəyə tibbi yardım göstərilir. Bununla yanaşı mərkəzin həkimləri ictimai əsaslarla konsultasiya aparır və məsləhətlər verir. Lazım gəldikdə 113 xidmətinə edilən zənglərlə əlaqədar mütəxəssislər xəstənin köməyinə çatır, onlara ilkin tibbi yardım göstərirlər.

 

Toksikoloji şöbə fövqəladə hadisələr, yanğın və s. zamanı da zərər çəkənlərə yardım göstərir. Məsələn, 1995-ci ilin iyulunda metroda baş verən yanğın zamanı 400 nəfər, 1998-ci ildə Lökbatanda baş verən botulizm hadisəsi zamanı 60, 2000-ci ildə Bərdədə göbələk zəhərlənməsi zamanı 14, 2005 və 2008-ci illərdə “Sədərək” ticarət mərkəzində yanğın zamanı 150, 2010-cu ildə Lökbatanda yanğın zamanı 100, 2015-ci ildə Binəqədi rayonunda yaşayış binasında yanğın zamanı 40, 2018-ci ildə “Eurohome” tikinti bazarında yanğın zamanı 60 nəfərə , bu il “Bolmarket” ticarət mərkəzində tüstü və zəhərlənmə nəticəsində zərərə çəkən 21 nəfərə yardım göstərilib. Botulizm hadisəsindən başqa heç bir hadisə zamanı ölüm halı qeydə alınmayıb”.

 

Bu il fəaliyyətə başlamasının 40 ili tamam olan toksikologiya şöbəsi iki ildən artıqdir ki, Tibbi Ərazi İdarəetmə Birliyinin (TƏBİB) tabeliyinə verilib. Son vaxtlar toksikologiya şöbəsində təmir işlərinin həyata keçirilməsinə başlanılıb. Aparılacaq təmir işlərindən sonra reanimasiya şöbəsi barokamera və detoksikasiya aparatları, habelə digər daha müasir tibbi avadanlıqlarla təchiz ediləndən sonra müəssisənin fəaliyyəti daha da yaxşılaşacaqdır.

 

Baş həkim iyul ayı ərzində onlara edilən müraciətlər haqqında da məlumat verib: “Ötən ay şöbəyə 880 müraciət daxil olub, onların 722 nəfərinə ambulator yardım göstərilib. Ay ərzində 23 nəfər sirkədən zəhərlənmə, 100 nəfər dərmandan zəhərlənmə, 7 nəfər etil spirtindən zəhərlənmə, 4 nəfər qida zəhərlənməsi ilə əlaqədar tibbi yardıma ehtiyac duyub. Həmçinin 1 nəfər anafilaktik şoka düşmə nəticəsində, 7 nəfər allergiyadan əziyyət çəkənə və 18 nəfər ilan sancması ilə əlaqədar müraciət edənə də tibbi yardım göstərilib”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub