Alkoqol qocalmanı sürətləndirir və Altsheymer xəstəliyinə səbəb olur
01.08.2022 11:33

Alimlər yeni araşdırma zamanı alkoqol istehlakı ilə telomerlərin qısalması arasında güclü əlaqə aşkar ediblər.

 

Aztibb.az tsn.ua/ru-ya istinadla xəbər verir ki, alimlər Britaniya biobankının 245 mindən çox iştirakçısında telomerlərin uzunluğunu araşdırıblar. Müəyyən edilib ki, alkoqol qocalmanı sürətləndirir və Altsheymer xəstəliyi kimi yaşla əlaqəli ciddi xəstəliklərə səbəb olur.

Əvvəlki araşdırmalar göstərib ki, alkoqol 40 yaşdan aşağı insanlar üçün xüsusilə zərərlidir və yeniyetmələrdə və gənclərdə inkişaf etməkdə olan beynin böyümə tempini ləngidə bilər.

 

Lakin, bütün bu tədqiqatlar spirtin həqiqətən bu təsirlərə görə məsuliyyət daşıdığını və ya sosial-iqtisadi status kimi müvafiq amillərin günahkar olub-olmadığını göstərməyib. Yeni genetik analiz problemi həll edir.


“Oxford Population Health” tədqiqatçıları yeni genetik analizin nəticələrini təqdim ediblər. Qurumun pres-relizində deyilir ki, onlar alkoqolun telomerlərdəki DNT-ni zədələməklə qocalmanı birbaşa sürətləndirdiyini ehtimal edirlər.

 

Bundan əvvəl alimlər telomerlərin qısaldılması və telomeraza aktivliyinin, məsələn, xərçəng və ürək-damar xəstəliklərinin inkişafı, eləcə də immunitetin azalması ilə əlaqəli olduğunu müəyyən etmişdilər. Hesab edilir ki, insanın bioloji yaşını onun telomerlərinin uzunluğu ilə müəyyən etmək olar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib