Həkim cərrah ağciyər-ürək çatışmazlığından vəfat edib
29.07.2022 12:42

TƏBİB-in tabeliyində olan Nərimanov Tibb Mərkəzinin həkim-cərrahı Hüseynov Azad Əli-Abas oğlu ürək-ağciyər çatışmazlığı səbəbindən dünyasını dəyişib.

 
Aztibb.az xəbər verir ki, A.Hüseynov 14 fevral 1960-cı ildə Bakı şəhərində, həkim ailəsində anadan olub. 1977-1983-cü illər ərzində Azərbaycan Dövlət Tibb Universitetində təhsil aldıqdan sonra N.İ.Piroqov adına 2 saylı Moskva Tibb İnstitutunda internatura təhsili alıb. Bakı şəhəri 4 saylı Şəhər Poliklinikasında həkim-cərrah kimi fəaliyyətə başlayan A.Hüseynov, daha sonra Nərimanov Tibb Mərkəzinin nəzdində olan 1 saylı Şəhər Poliklinikasında çalışıb.
 
Birinci Qarabağ müharibəsinə könüllü olaraq qatılan həkim-cərrah “Müharibə veteranı” adını alıb. Həmçinin o, çoxillik səmərəli əmək fəaliyyətinə görə, bir sıra fəxri fərmanlarla da təltif edilib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub