Gömrük Hospitalında İLK: Ürəyin aorta qapağı TAVI proseduru ilə dəyişdirilib
29.07.2022 10:30

Mərkəzi Gömrük Hospitalında ilk dəfə ürəyin aorta qapağı TAVI proseduru ilə dəyişdirilib.

 

Prosedur Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin rəisi, struktural ürək xəstəlikləri üzrə yandal uzmanı, invaziv kardioloq Dr.İlqar Tahiroğlu və komandası tərəfindən Mərkəzi Gömrük Hospitalında açıq ürək əməliyyatı aparılmadan, bud arteriyasından girilərək həyata keçirilib.

 

Kateter vasitəsilə bud arteriyasından daxil olub, ürək qapağının protezləşdirilməsi müasir tibbi texnologiyaların tətbiqi sayəsində mümkün olub və tibbin ən son nailiyyətlərindən biri hesab olunur.TAVI (Transkateter Aorta Qapağı İmplantasiyası) əməliyyatı zamanı qasıq bölgəsindəki kiçik kəsikdən bud arteriyasına girilir, kateter ürəyə çatdıqdan sonra ürəyin sol mədəciyi ilə aorta damarı arasındakı qapaq süni qapaq protezi ilə əvəz edilir.

 

Açıq üsulla ürək qapaqlarının dəyişdirilməsi ilə müqayisədə TAVI əməliyyatının bir sıra üstünlükləri vardır: əməliyyat zamanı ürəyin dayandırılmasına, süni ürək qan dövranına ehtiyac olmur, döş qəfəsi açılmadığı üçün əməliyyatdan sonra sağalma müddəti qısa olur, ağırlaşma faizi olduqca aşağıdır, əməliyyat qısa müddətdə başa çatır və xəstə əməliyyatdan 24-48 saat sonra evə yazılır.

 

TAVİ əməliyyatı xüsusilə ciddi yanaşı xəstəlikləri olan yaşlı xəstələrdə, ağciyər, qaraciyər, böyrək funksiyaları pozulmuş insanlarda tətbiq olunur, çünki bu xəstələrdə açıq ürək əməliyyatından sonra ağırlaşma riski olduqca yüksəkdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub