Mərkəzi Gömrük Hospitalında nəfəs testi vasitəsilə Helicobacter pylori bakteriyası təyin edilir
28.07.2022 09:55
Mərkəzi Gömrük Hospitalının Tibbi laboratoriyasında yeni laboratoriya testi tətbiq olunmağa başlayıb. İndi cəmi 25 dəqiqə ərzində yeni laboratoriya nəfəs testi vasitəsilə Helicobacter pylori bakteriyasının təyin edilməsi xidməti göstərilir.
Bu barədə Aztibb.az-a Mərkəzi Gömrük Hospitalından məlumat verilib.
Mədə və bağırsaq xorasını, mədə xərçəngini və atrofik qastritləri törədən Helicobacter pylori bakteriyası qeyri invaziv, pasiyentə heç bir narahatçılıq vermədən, gözünün önündə asan aparılan 14C-Ur nəfəs testi ilə müəyyən edilir. 14C-Ur nəfəs testi Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Qızıl Standart kimi qəbul olunub. Testin həssaslığı 95%, spesifikliyi isə 95-100% təşkil edir.
Helicobacter pylori ureaza fermentini ifraz edir. Mədədə bu ferment varsa oral yolla alınan 14C-sidik cövhəri (xəstəyə kapsul şəklində verilir) karbondioksid və amonyaka hidroliz olur. Qanda absorbsiya olaraq ağciyərlərdən verilən hava ilə çıxır və verilən nəfəsdə miqdari ölçülür. Müəyyən dərəcədə işarətli CO2-nin aşkarlanması aktiv Helicobacter pylori infeksiyasının göstəricisidir.
Helicobacter pylori testindən keçmək üçün qaydaları:
- Testdən öncə ən az 6 saat ac olmalı, 1 saat siqaret çəkməməli, su içməməli;
- Son 2 həftə müddətində antibiotik qəbul etməməli;
- Mədə dərmanları qəbul olunarsa (proton pompa inhibitorları, vismut preparatları) dayandırılmalıdır;
- Müalicə monitorinqi məqsədi ilə təyin olunan test müalicə bitdikdən 6 həftə sonra aparılmalıdır;
Helicobacter pylori nəfəs testinin aparılma proseduru:
- Pasiyentə kapsul verilir;
- 20 dəq sonra test aparılır;
- Testdən 5 dəqiqə sonra nəticə əldə edilir.
Helicobacter pylori testinin qiyməti 70 AZN təşkil edir.
Ətraflı məlumat almaq üçün Mərkəzi Gömrük Hospitalının Çağrı Mərkəzinin (012) 404 08 08 nömrəsinə zəng vurmaq mümkündür.
Bu bölməyə aid digər xəbərlər
Azərbaycan tibb tarixində ilk: 19 həftəlik hamilə qadının üzərində dünyada nadir rast gəlinən əməliyyat aparıldı
23.10.2026 | 13:44
Mərkəzi Gömrük Hospitalının Fizioterapiya şöbəsində müasir müalicə və reabilitasiya metodları tətbiq olunur
23.10.2026 | 09:54
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Tədris Cərrahiyyə Klinikasında uğurlu əməliyyat: Xəstənin çənəsində zədələnmiş sümük toxumasının rezeksiyası icra edilib
22.10.2026 | 13:22
ATU Beynəlxalq Kitab Sərgisində təmsil olunur
22.10.2026 | 11:48
Respublika Kliniki Uroloji Xəstəxanasında ilk dəfə laparoskopik adrenalektomiya əməliyyatı aparılıb
22.10.2026 | 10:38
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
22.10.2026 | 09:11
Mərkəzi Neftçilər Xəstəxanasında ürəyi dayanan pasiyent həkimlərin operativ müdaxiləsi ilə həyata qaytarılıb
21.10.2026 | 16:17
Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib
21.10.2026 | 14:40
Patronaj xidməti ailələrə daha yaxın: 300-dən çox şəxs tibbi müayinələrə cəlb olunub
21.10.2026 | 14:34
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
18.10.2026 | 08:12

