Prezidentin Sərəncamı ilə təltif edilmiş tibb işçilərinə fəxri adlar təqdim edilib
27.07.2022 17:12

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə təltif edilmiş tibb işçilərinə medal və fəxri adların təqdim edilməsi mərasimi baş tutub.

 

Tədbirdə TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov, qurumun struktur bölmə rəhbərləri və təltif edilən tibb işçiləri iştirak edib.

 

Açılış nitqi ilə çıxış edən V.Qurbanov səhiyyə sahəsində dövlət siyasətinin başlıca məqsədinin ölkə vətəndaşlarının sağlamlığının yaxşılaşdırılmasından, əhalinin bütün təbəqələrinin keyfiyyətli tibbi xidmətlə təmin edilməsindən ibarət olduğunu bildirib. O, ölkəmizdə səhiyyənin inkişaf etdirilməsi, vətəndaşların tibbi xidmətə əlçatanlığının təmin edilməsi, həmçinin həkimlərin sosial rifahının yaxşılaşdırılması üçün atılan addımların ölkə başçısının tibb sahəsinə göstərdiyi yüksək qayğının təcəssümü olduğunu qeyd edib.

 

Daha sonra Azərbaycan Respublikası Prezidentinin 16 iyun 2022-ci il tarixli Sərəncamı ilə təltif edilmiş TƏBİB-in tabeliyində çalışan 19 tibb işçisinin medal və fəxri adları özlərinə təqdim edilib.

 

Tədbirdə təltif edilənlər adından çıxış edən Nərimanov Tibb Mərkəzinin həkim-qastroenteroloqu Elçin İsayev tibb işçilərinə göstərilən diqqət və qayğı üçün ölkə başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib. O, həyata keçirilən tibbi islahatlar fonunda xidmət keyfiyyətinin yaxşılaşdılılması, həkimlərin sosial rifahının artırılması istiqamətində atılan addımlardan danışıb.

 

Qeyd edək ki, səhiyyə işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində çalışan 14 nəfər “Tərəqqi” medalı ilə təltif edilib, 2 nəfər “Əməkdar tibb işçisi”, 3 nəfər isə “Əməkdar həkim” adına layiq görülüb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub