TƏBİB-də YAP-ın ərazi partiya təşkilatının iclası keçirilib
26.07.2022 21:11

TƏBİB-də YAP-ın ərazi partiya təşkilatının iclası keçirilib.

 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) Yeni Azərbaycan Partiyasının (YAP) ərazi partiya təşkilatının ilk iclası keçirilib.

 

Tədbirdə ərazi partiya təşkilatının sədri Şəmsi Gülverdiyev və TƏBİB-in YAP üzvü olan əməkdaşları iştirak edib.

 

Görüşdə TƏBİB ərazi partiya təşkilatına yeni üzvlərin qəbul edilməsi məsələsi, partiyanın qarşıdan gələn 30 illiyi münasibətilə keçiriləcək tədbirlər və cari məsələlər müzakirə edilib.

 

Açılış nitqi ilə çıxış edən Şəmsi Gülverdiyev YAP-ın ötən illərdə keçirilən qurultayları və 2021-ci ilin mart ayının 5-də keçirilən VII qurultayında qəbul edilmiş yeni Nizamnaməsini iştirakçıların diqqətinə çatdırıb.

 

Ş.Gülverdiyev daha sonra ərazi partiya təşkilatı tərəfindən həyata keçiriləcək tədbirlər barədə də məlumat verib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib