Azərbaycanda antropoloji meqalayihə tamamlanmaq üzrədir
26.07.2022 17:02

Azərbaycan Tibb Universitetinin (ATU) Ağız və Üz-çənə cərrahiyyəsi kafedrasının dosenti Nigar Sultanova tərəfindən Azərbaycan populyasiyası arasında başın və üzün antropometrik müayinəsi aparılır.

 

Aztibb.az xəbər verir ki, bu antropoloji meqalayihə çərçivəsində üç yaş qrup aralığında olan 1200 sağlam şəxsin (600 kişi, 600 qadın) müayinəsi planlaşdırılıb. Araşdırma zamanı başın və üzün 50 antropometrik parametri ölçülərək 100 nisbət indeksinin öyrənilməsi və normaları üzrə məlumat bankının yaradılması nəzərdə tutulur. Hazırda ATU-nun Tədris Cərrahiyyə Klinikasında ABŞ-da istehsal olunan Bellus 3D üz skaneri (ARC-7 modeli) vasitəsilə elmi-tədqiqat işi davam edir, artıq 800 nəfər müayinədən keçib.

 

Tədqiqat nəticəsində ilk dəfə Azərbaycan populyasiyasında kəllə-üz kompleksinin antropometrik parametrləri və nisbət indeksləri əsasında kompüter proqramı işlənəcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub