Xəstəxanalarda mövcud nöqsanların aradan qaldırılması üçün tapşırıqlar verilib
26.07.2022 16:50

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) tabeli tibb və elmi-tədqiqat müəssisələrinin rəhbərləri ilə geniştərkibli görüş keçirilib.

 

Bu barədə TƏBİB-dən məlumat verilib.

 

TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanovun rəhbərliyilə keçirilən görüşdə tibb müəssisələrində, eləcə də elmi-tədqiqat institutlarında tibbi xidmətlərin təşkili, maddi-texniki təminat, həyata keçirilən islahatlar, icbari tibbi sığortanın tətbiqi vəziyyəti, xəstəxana göndərişləri və s. məsələlər ətrafında müzakirələr aparılıb. Hər bir müəssisə rəhbərinin ayrı-ayrılıqda məruzələri dinlənilib.

 

Əhalinin müxtəlif növ tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi, səhiyyə müəssisələrinin idarə edilməsinin, eləcə də resurs və kadr potensialının optimallaşdırılması, müalicə və elmi istiqamətlər üzrə inkişafa nail olmaq üçün beynəlxalq təcrübənin tətbiqi əsas tələb kimi diqqətə çatdırılıb.

 

Eyni zamanda, tibb müəssisələrinin cari problemləri, mövcud çatışmazlıqlar və problemlərin həlli yolları barədə fikir mübadiləsi aparılıb.

 

Sonda Vüqar Qurbanov əhalinin tibbi xidmətə əlçatanlılığının təmin edilməsi, göstərilən xidmət keyfiyyətinin artırılması istiqamətində müəssisə rəhbərlərinin fəaliyyətlərində əsaslı dönüş yaratmalı olduqlarını bildirib. Həmçinin xəstəxanalarda mövcud nöqsanların qısa müddət ərzində aradan qaldırılması üçün də tapşırıqlar verib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub