“Uşaqlarda şəkərli diabet” mövzusunda konfrans keçirilib
26.07.2022 08:53
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB, Səhiyyə Nazirliyi və İSİM-in təşəbbüsü ilə Gəncə Şəhər Birləmiş Xəstəxanasında “Uşaqlarda şəkərli diabet” mövzusunda konfrans təşkil olunub.
 
Tədbirdə Gəncə ilə yanaşı, Tovuz, Şəmkir, Goranboy, Mingəçevir, Yevlax, Şəki, Bərdədən olan pediatr, endokrinoloq və reanimatoloqlar iştirak ediblər.
 
Endokrinoloqlar Cəmiyyətinin sədri Gündüz Əhmədov, Azərbaycan Tibb Universitetinin (ATU) II Uşaq xəstəlikləri kafedrasının assistenti İlsuz Novruzov, Respublika Endokrinoloji dispanseri ADL Cəmiyyətinin sədri Yeganə Sultanova, ADL Cəmiyyətinin sədrinin müavini Səriyyə Ağayeva, Pediatriya Elmi-Tədqiqat İnstitutunun pediatr endokrinoloqu Samirə Nəsibova, ATU-nun pediatr endokrinoloqları Nərminə Abaslı və Günay Cəbrayılova məruzələrlə çıxış ediblər.
 
Yığıncaqda uşaqlarda şəkərli diabetin etiologiyası, metabolik dəyişikliklər, risk faktorları, klinik əlamətləri və proqnozu, eyni zamanda şəkərli diabetin diaqnostikası və müalicəsi, insulinoterapiya, şəkərli diabetin insulin pompası ilə terapiyası, diabetik ketoasidoza müasir yanaşma, diabet zamanı qidalanma prinsipləri və digər aktual mövzulara toxunulub. Bununla yanaşı, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
 
Sonda tədbirdə iştirak edən həkimlərə sertifikatlar təqdim olunub.
 
Qeyd edək ki, konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən davamlı tibbi təhsil proqramı çərçivəsində akkreditasiya olunub.
 
Tədbirin təşkilatı dəstəyi “Novo Nordisk” şirkətinə aiddir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub