Keçi südündə koronavirus infeksiyasına qarşı təsirli protein aşkarlanıb
26.07.2022 11:00

Alimlər keçi südündə koronavirus infeksiyasına qarşı təsirli protein aşkarlayıb.

 

Aztibb.az “European Journal of Pharmacology”a istinadla bildirir ki, Türkiyənin Marmara Universitetində işləyən professorlar - Tuğba Tunalı Akbay, Göksəl Şener və Betül Okuyan keçi südündə koronavirusa qarşı təsirli protein tapıblar.

 

Onların keçi südünün COVID19 virusuna təsiri mövzusunda apardığı araşdırma barədə məqaləsi “European Journal of Pharmacology”da dərc olunub.

 

Professor T.T.Akbay keçi südünün tərkibində olan zülalların koronavirusa təsir etdiyini görüblər. Onlar bu zülalların virusun insan orqanizminə təsir gücünü zəiflətdiklərini müşahidə edib. Məlum olub ki, keçi südünün tərkibindəki zülal reseptorları bloklayır və virusun hüceyrəyə daxil olmasına qismən mane olur.

 

T.T.Akbay keçi südünün bol istehlakının eyni zamanda orqanizmində immunitet səviyyəsini artırdığını bildirib və risk qrupuna daxil olan şəxslərin keçi südündən istifadə etməsini tövsiyə edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub