ATU Avrasiya Universitetlər Birliyinə (EURAS) üzv olub
25.07.2022 21:40

Azərbaycan Tibb Universiteti (ATU) beynəlxalq əlaqələrinin genişlənməsi, tələbələrin inkişafı və təhsil standartlarının yüksəlməsinə xidmət edən növbəti addımı atıb. ATU 110-dan artıq ali məktəbi ətrafında birləşdirən nüfuzlu Avrasiya Universitetlər Birliyinə  üzv qəbul edilib.

 

2008-ci ildən etibarən fəaliyyətə başlayan Avrasiya Universitetlər Birliyi (EURAS) 50-dən çox ölkədən olan universitetlər arasında əməkdaşlığı təşviq edir. Qurumun əsas məqsədi Avrasiya regionunda təhsil standartlarının qlobal inkişafına nail olmaqdan ibarətdir.

 

EURAS-ın yaratdığı beynəlxalq təhsil platforması dünya üzrə ən yaxşı təhsil xidmətlərini üzv universitetlər  üçün əlçatan edir. Üzvlər arasında qurulan dinamik şəbəkə təhsilin akademik standartlarının təkmilləşdirilməsi, tələbə və akademik heyətin mobilliyinin təşviqi, bilik  və qabaqcıl təcrübələrin mübadiləsi yolu ilə Avrasiya universitetlərinin liderliyinin gücləndirilməsinə xidmət edir. EURAS xəttilə təşkil olunan elmi konfranslar və seminarlarda tələbələrlə yanaşı, müxtəlif istiqamətlər üzrə tədqiqatçılar, milli və regional qurumların nümayəndələri təmsil olunur.  Ümumilikdə Avrasiya Universitetlər Birliyinin xətti ilə bütün dünyada təhsilin inkişafı, bu sektorda qarşılıqlı əlaqələrin genişləndirilməsi istiqamətində çox böyük işlər görülüb.

 

Xatırladaq ki, bu ilin mart ayında Avrasiya Universitetlər Birliyinin sədri Mustafa Aydın ATU-da qonaq olmuş və universiteti EURAS üzvlüyünə dəvət etmişdi.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub