Səhiyyə Nazirliyi valideynləri uşaqlarını Profilaktik peyvənd təqviminə uyğun peyvənd etdirməyə çağırır
20.07.2022 16:39

Uşaqların peyvənd olunması çox vacibdir. Peyvənd, ilk növbədə, yoluxucu xəstəliklərin qarşısının alınması, məhdudlaşdırılması və ləğvində çox mühüm rol oynayır.

 

Aztibb.az Səhiyyə Nazirliyinin rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, yoluxucu xəstəliklər və onların fəsadlarını aradan qaldırmaq müəyyən zaman tələb edir. Bu səbəbdən valideynlər uşaqlarını peyvəndlərdən kənarda qoymamalıdır. Yoluxucu xəstəliklərə yoluxmaq və onun ağır nəticələri ilə üzləşməkdənsə, peyvəndin vurulması daha yaxşıdır. Bu xəstəliklər uşaqların orqanizminə mənfi təsir edir və yaratdığı fəsadların aradan qaldırılması bütün valideynlərə mənəvi və maddi cəhətdən zərbə vurur.

 

Uşaqlara təqvimə uyğun peyvəndlər vurularsa, onlar xəstəliklərə yoluxmaz və ya daha yüngül keçirər. Valideyn uşağını peyvənd etdirmirsə, onu risk qarşısında qoyur. Buna görə də uşaqları Profilaktik peyvənd təqviminə uyğun peyvənd etdirmək ən doğru qərardır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub