Azərbaycanla Pakistan arasında səhiyyə və tibb sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib
20.07.2022 11:52

Səhiyyə Nazirliyində Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bilal Hayee ilə görüş keçirilib. Tədbirdə səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və gücləndirilməsinin yeni perspektivləri müzakirə edilib.

 

Bu barədə Aztibb.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

 

Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev Azərbaycanla Pakistan arasında dərin köklərə əsaslanan qarşılıqlı əlaqələrin bütün sahələr üzrə daha da inkişaf etdirildiyini vurğulayıb. Nazir qeyd edib ki, səhiyyə siyasəti və ictimai səhiyyə sahəsində Pakistanla əməkdaşlıq beynəlxalq müstəvidə - Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), İqtisadi Əməkdaşlıq Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı səhiyyə nazirlərinin əməkdaşlığı çərçivəsində aparılır. 

 

Teymur Musayev bildirib ki, ölkələrimiz arasında səhiyyə sahəsi və tibb elminə dair memorandum imzalanmasa da sıx əməkdaşlıq mövcuddur: “Səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq əlaqələrimiz Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Birgə Komissiyanın Protokolunun müddəalarına uyğun olaraq həyata keçirilir. Sonuncu Komissiyanın Protokoluna əsasən Azərbaycan tərəfindən səhiyyə sahəsində əməkdaşlıq üzrə işçi qrup müəyyən edilmiş və bu barədə həmsədr quruma məlumat verilib. Eləcə də cari ilin iyun ayında Pakistanın yeni təyin edilmiş səhiyyə nazirinə diplomatik kanallarla təbrik məktubu göndərilib”.

 

Çıxışının sonunda Teymur Musayev gələcəkdə əməkdaşlığın daha da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu deyib.

 

Öz növbəsində Bilal Hayee vurğulayıb ki, Azərbaycan Pakistan xalqının qəlbində xüsusi yeri olan ölkədir. O, hazırda 25 pakistanlı tələbənin Azərbaycan Tibb Universitetində (ATU) tibbi təhsil aldığını söyləyib.

 

Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə əməkdaşlığın mövcud vəziyyəti və potensial inkişaf imkanları, nazirliklər arasında tibb elmi sahəsində və qlobal pandemiyaya qarşı mübarizə üzrə Ümumdünya Səhiyyə Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində birbaşa əlaqələrin önəmi qeyd edilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub