Yüzlərlə qadına ana sevinci yaşadan peşəkar həkim - Həkimlərimizi tanıyaq!  
20.07.2022 10:39

“Həkimlərimizi tanıyaq!” rubrikamızda sizlərə yüzlərlə qadına ana sevinci yaşadan peşəkar həkim, mama-ginekoloq Nərmin Muradova barədə məlumatları təqdim edirik.

 

Nərmin Muradova 2007-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə profilaktika fakültəsini bitirib, 2007-2009-cu illərdə 1 Saylı Doğum Evində “mama-ginekologiya” ixtisası üzrə kliniki ordinatura keçib. 2009-2010-cu illərdə dövlət və özəl doğum evlərində mama-ginekoloq, 2011-2012-ci illərdə İstanbul Şişli Hamidiye Etfal Egitim və Araşdırma Hastanesinin Qadın xəstəlikləri və doğum şöbəsində mama-ginekoloq kimi çalışıb. O, 2010-cu ildən Mərkəzi Gömrük Hospitalında mama-ginekoloq işləyir.

 

Peşəkar həkim Mərkəzi Gömrük Hospitalında normal, patoloji, riskli, hamiləlik təqibini, normal fizioloji və cərrahi doğuşları, uroginekologiya və kosmetik ginekoloji cərrahiyyəni, sonsuzluğun konservativ və cərrahi müalicəsini, laparoskopik kolposkopiya, mioma, kist, endometriozis, histerektomiya əməliyyatları, ginekoloji xəstəliklərin müalicəsini və süni mayalandırma prosedurunun aparılması prosedurlarını həyata keçirir.

 

Nərmin Muradova daim öz üzərində çalışan, ixtisasını artıran həkimdir. O, dünya tibb elmi sahəsində qazanılan uğurları, tibbi yenilikləri daim izləyir və öz təcrübəsini zənginləşdirir.

 

Həkim 10-dan çox çap olunmuş elmi məqalənin müəllifi və 30-dən artıq elmi konfransın iştirakçısıdır. O, yalnız son 3 il ərzində Türkiyənin İstanbul Şişli Hamidiye Etfal xəstəxanasında qadın xəstəlikləri və hamiləliyin düzgün aparılması üzrə ixtisasartıtma kursunda, İzmir şəhərində Ege Universitetinin Tibb fakültəsi tərəfindən keçirilən ginekoloji endoskopik simpoziumda, Türkiyənin İstanbul şəhərində II minimal invaziv ginekoloji cərrahiyyə konqresində və 2022-ci ildə  Türkiyənin Antaliya şəhərində keçirilən XIV Türk Alman Ginekoloji konfransında iştirak edib.

 

Nərmin Muradova barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/nermin-muradova/

 

Qəbula yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub