Gözdən əlilliyi olan 50 nəfərə sosial reabilitasiya və bərpa xidmətləri göstərilib
19.07.2022 18:33

Bu ilin ilk altı ayında Sosial Xidmətlər Agentliyinin görmə qabiliyyəti məhdudluğu olan şəxslər üçün sosial reabilitasiya və bərpa şöbəsində 20-yə yaxın gözdən əlilə sosial xidmətlər göstərilib.

 

Şöbə 5-29 yaşlı görmə üzrə əlilliyi olan şəxslərə tam və ya yarımstasionar reabilitasiya və abilitasiya xidmətləri göstərir. Müəssisəyə görmə üzrə əlilliyi olan şəxslər stasionar və yarımstasionar formada qəbul olunur. Müəssisəyə qəbul edilmiş şəxslərin müəyyən edilmiş fərdi inkişaf proqramına uyğun olaraq təqdim olunan bütün növ xidmətlərdən istifadə etmək hüquqları var.

 

Son bir ildə 50-yə yaxın şəxs görmə qabiliyyəti məhdudluğu olan şəxslər üçün sosial reabilitasiya və bərpa şöbəsinə qəbul edilərək, müvafiq xidmətlərə cəlb ediliblər.

 

Bu şöbəyə qəbul edilən şəxslərə tibbi, pedaqoji, idman, mədəniyyət və incəsənət, psixoloji, eləcə də sosial reabilitasiya xidmətləri göstərilir. Onların cəmiyyətə inteqrasiya edilməsi istiqamətində iş aparılır. Bütün xidmətlər dövlət vəsaiti hesabına həyata keçirilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub