Kliniki Tibbi Mərkəzdə ən müasir mikroskopla ilk neyrocərrahi əməliyyat keçirilib
18.07.2022 13:54

Kliniki Tibbi Mərkəzdə (KTM) tibb sahəsində ən müasir texnologiya hesab olunan TİVATO 700 mikroskopu ilə ilk neyrocərrahi əməliyyat keçirilib.

 

Almaniyanın ZEİSS şirkətinin istehsalı olan bu mikroskop Qafqaz ölkələrində Gürcüstandan sonra ilk dəfə Azərbaycanda - Kliniki Tibbi Mərkəzdə istifadəyə verilib. Artıq bundan sonra ölkəmizdə ən mürəkkəb beyin və onurğa əməliyyatları məhz bu Mərkəzdə icra ediləcək.

 

Əməliyyatlar zamanı yüksək keyfiyyətli görüntü əldə edə bilən cihaz cərrahi prosesin ən az xəsarətlərlə icra edilməsinə və hədəfin üç min dəfəyə qədər böyüdülməsinə imkan yaradır. Bununla yanaşı, əməliyyatların gedişatında foto və ya video çəkmək, görüntüləri yaddaşa köçürmək, görüntüləri toplantı salonlarına canlı olaraq ötürmək cihazın unikal göstəriciləridir.

 

Artıq Kliniki Tibbi Mərkəzdə TİVATO 700 mikroskopu vasitəsi ilə ilk neyrocərrahi əməliyyat uğurla başa çatıb.

 

Mərkəz İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaratdığı imkanlar hesabına müasir tibbin ən son texnoloji avadanlıqları ilə təchiz edilir.

ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Milli İdman Tibb və Reabilitasiya İnstitutu pediatr vəzifəsi üzrə həkim axtarır
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
Vətəndaşlara operativ təcili və təxirəsalınmaz tibbi yardım göstərilir
Beynəlxalq elmi arenada Azərbaycan imzası: Turner sindromunda uğurlu böyrək transplantasiyası
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Laçın RMX-da təlim: “Uşaqlarda qastroenteritlərin düzgün diaqnostikası və müalicəsi” 
Miopiyanın müalicəsində cərrahi yanaşmalar: gözlərinizə yeni perspektiv
SMA dərmanları ilə bağlı araşdırma aparılır - Nazir açıqladı
Qan Donorları Assosiasiyasının sədri Gürcüstanda işgüzar səfərdə olub