Mərkəzi Gömrük Hospitalında İLK! - Nəfəs testi vasitəsilə Helicobacter pylori bakteriyası  təyin edilir
17.07.2022 13:10

Mərkəzi Gömrük Hospitalının Tibbi laboratoriyasında yeni laboratoriya testi tətbiq olunmağa başlayıb.

 

Bu barədə Aztibb.az-a Hospitalın mətbuat xidmətindən bildirilib.

 

Qeyd olunub ki, cəmi 25 dəqiqə ərzində yeni laboratoriya nəfəs testi vasitəsilə Helicobacter pylori bakteriyasının təyin edilməsi xidməti göstərir.  

 

Mədə və bağırsaq xorasını, mədə xərçəngini və atrofik qastritləri törədən Helicobacter pylori bakteriyası qeyri invaziv, pasiyentə heç bir narahatçılıq vermədən, gözünün önündə asan aparılan 14C-Ur nəfəs testi ilə müəyyən edilir. 14C-Ur nəfəs testi Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Qızıl Standart kimi qəbul olunub. Testin həssaslığı 95%, spesifikliyi isə 95-100% təşkil edir.

 

Helicobacter pylori ureaza fermentini ifraz edir. Mədədə bu ferment varsa oral yolla alınan 14C-sidik cövhəri (xəstəyə kapsul şəklində verilir) karbondioksid və amonyaka hidroliz olur. Qanda absorbsiya olaraq ağciyərlərdən verilən hava ilə çıxır və verilən nəfəsdə miqdari ölçülür. Müəyyən dərəcədə işarətli  CO2-nin aşkarlanması aktiv Helicobacter pylori infeksiyasının göstəricisidir.

 

Helicobacter pylori testindən keçmək üçün qaydalar:

 

Testdən öncə ən az 6 saat ac olmalı, 1 saat siqaret çəkməməli, su içməməli;
Son 2 həftə müddətində antibiotik qəbul etməməli;
Mədə dərmanları qəbul olunarsa (proton pompa inhibitorları, vismut preparatları) dayandırılmalıdır;
Müalicə monitorinqi məqsədi ilə təyin olunan test müalicə bitdikdən 6 həftə sonra aparılmalıdır.

 

Helicobacter pylori nəfəs testinin aparılma proseduru:

 

Pasiyentə kapsul verilir;
• əq sonra test aparılır;
Testdən 5 dəqiqə sonra nəticə əldə edilir.

 

Ətraflı məlumat almaq üçün Mərkəzi Gömrük Hospitalının Çağrı Mərkəzinin (012) 404 08 08 nömrəsinə zəng vurmaq mümkündür.

ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Milli İdman Tibb və Reabilitasiya İnstitutu pediatr vəzifəsi üzrə həkim axtarır
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
Vətəndaşlara operativ təcili və təxirəsalınmaz tibbi yardım göstərilir
Beynəlxalq elmi arenada Azərbaycan imzası: Turner sindromunda uğurlu böyrək transplantasiyası
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Laçın RMX-da təlim: “Uşaqlarda qastroenteritlərin düzgün diaqnostikası və müalicəsi” 
Miopiyanın müalicəsində cərrahi yanaşmalar: gözlərinizə yeni perspektiv
SMA dərmanları ilə bağlı araşdırma aparılır - Nazir açıqladı
Qan Donorları Assosiasiyasının sədri Gürcüstanda işgüzar səfərdə olub