İSİM tərəfindən hazırlanaraq nəşr edilən maarifləndirici materiallar əhaliyə paylanılıb
16.07.2022 10:19
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən hazırlanaraq nəşr edilən maarifləndirici materiallar Astara rayonunda "Risk kommunikasiyası və icmalarla əlaqələrin qurulması" və "Gender müdaxiləsi və sağlamlığın müdafiəsi" mövzuları üzrə təşkil olunan təlimlərin iştirakçılarına paylanılıb.
 
Aztibb.az xəbər verir ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən həyata keçirilən "Cənubi Qafqazda yerli icmaların fövqəladə hallar zamanı sağlamlıq üzrə dayanıqlığının gücləndirilməsi" layihəsi çərçivəsində təşkil olunan təlimlər 10 rayonu əhatə edib.
 
Təlimdə risk kommunikasiyası və icmalarla əlaqələrin qurulmasının məqsədi, icma rəyinin toplanması və cavablandırılması, icmanın səfərbərliyi və iştirakı, gender müdaxiləsinin fövqəladə hallar zamanı əhəmiyyəti, gender müdaxiləsinin sağlamlığa inteqrasiyası mövzuları üzrə məlumat verilib, biliklər möhkəmləndirilib.
 
İştirakçılara həmçinin İSİM tərəfindən hazırlanaraq nəşr edilən “Məktəblilərin qidalanması”, “Qida etiketləri”, “Sağlam qidalanmanın xüsusiyyətləri” və s. mövzularda maarifləndirici materiallar təqdim olunub, sağlam həyat tərzinin üstünlükləri və zərərli vərdişlərin sağlamlığa təhlükəli təsirləri barədə ətraflı məlumat verilib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub