“Yeni klinika”ya baş həkim təyin edilib
15.07.2022 13:25

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti sədrinin vəzifəsini icra edən Vüqar Qurbanovun əmri ilə “Yeni klinika” tibb müəssisəsinə baş həkim təyin olunub. Bundan sonra tibb müəssisəsinin direktoru vəzifəsinin icrasını da tanınmış anestezioloq Cavid Paşayev icra edəcək.

 

C.Paşayev təyinatına qədər Bakı Sağlamlıq Mərkəzində Anesteziya və əməliyyat şöbəsinin müdiri, baş həkimin müavini vəzifəsində çalışıb.

 

Vüqar Qurbanov yeni baş həkimi kollektivə təqdim edib. Təqdimetmə mərasimində çıxış edən V.Qurbanov Cavid Paşayevin səhiyyə sahəsində uzunmüddətli və səmərəli fəaliyyət göstərdiyini və “Yeni klinika”nın müasir tələblərə uyğun olaraq daha da inkişaf etdirilməsində mühüm əhəmiyyət kəsb edəcəyinə əmin olduğunu bildirib.

 

Məlumat üçün qeyd edək ki, Cavid Paşayev Azərbaycan Tibb Universitetinin (ATU) Müalicə işi fakültəsini bitirib.

 

O, əmək fəaliyyətinə 2005-2007-ci illər ərzində Kliniki Tibbi Mərkəzdə başlayıb. 2009-cu ildən 2010-cu ilə qədər Avrasiya Klinikasında həkim-anestezioloq, 2011-ci ildən 2014-cü ilə qədər isə Mərkəzi Neftçilər Xəstəxanasında həkim-anestezioloq- reanimatoloq olaraq çalışıb.

 

Daha sonra fəaliyyətini ATU Tədris Cərrahiyyə Klinikasının Anesteziologiya-reanimasiya şöbəsinin müdiri kimi davam etdirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib