Yeni 3D skanerlə 1200 nəfərin üzü müayinədən keçiriləcək - FOTO
15.07.2022 08:04

Tibb sahəsində yeni texnologiyalardan istifadə olunması xeyli mürəkkəb xəstəliklərin dəqiq diaqnostikası və müalicə prosesini rahatlaşdırıb.

 

Aztibb.az xəbər verir ki, bu yaxınlarda Azərbaycan Tibb Universiteti (ATU) tərəfindən əldə olunan 3D Lazer üz skaneri də bu qəbil cihazlara aiddir.

 

Azərbaycan Tibb Universitetinin Ağız və Üz-Çənə cərrahiyyəsi kafedrasının dosenti Nigar Sultanovanın sözlərinə görə, ABŞ-dan sifariş edilən “Karparatsia Beus 3D” skaneri bu nəsil avadanlıqların sonuncu ARK 7 modelinə aiddir. Bu cihazdan ATU-nun Tədris Cərrahiyyə Klinikasında Ağız və Üz-Çənə cərrahiyyəsi kafedrasında həm elmi tədqiqatlar, həm də pasiyentlərin  müayinəsində geniş istifadə olunur:

 

“Bu cihaz xəstələrin əməliyyat planlaması Üz-çənə nahiyəsində anadangəlmə, qazanılmış qüsur və deformasiyalarında və digər cərrahi patologiyalarda səmərəli diaqnostika və müalicə metodlarının işlənməsi baxımından böyük əhəmiyyət daşıyır. 3D formatda xəstələrin ağız-çənə quruluşu öyrənilir. Əsasən üz patologiyası olan xəstələrdə skanerlə müayinə aparılıb. Lakin bu cihaz heç bir problemi olmayan insanların da üzünü öyrənmək üçün istifadə olunur. ATU-nun  Ağız və Üz-Çənə cərrahiyyəsi kafedrasının tələbələri də rezidentləri də skanerin işi ilə tanış olur. Ondan istifadə qaydalarını öyrənirlər. Bu, tələbələrimiz üçün də faydalı praktikadır”.

 

Qeyd edək ki, yeni model 3D üz skanerindən həmçinin “Estetik və rekonstruktiv əməliyyatların planlaşdırılması üçün kraniofasial kompleksin etnik antropometrik xüsusiyyətlərinin təyini” mövzusunda elmi iş üzrə aparılan tədqiqatlarda da istifadə olunur, antropoloji müayinələr keçirilir. Araşdırma zamanı başın və üzün 50-dək antropometrik parametrləri ölçülərək nisbət indekslərin, yumşaq toxumaların qalınlığının öyrənilməsi və normaları üzrə məlumat bankın yaradılması nəzərdə tutulur. Nisbət indeksləri anadangəlmə anomaliyalar, travmalar, hormonal və digər pozğunluqlar ilə əlaqədar olaraq başın və üzün müxtəlif hissələrinin uyğunsuzluğunu və disharmoniyanı aşkar edə bilər. Elmi iş çərçivəsində 3 qrup yaş aralığında olan1200 nəfərin belə müayinədən keçirilməsi planlaşdırılır.

 

Tədqiqat nəticəsində ilk dəfə Azərbaycan populyasiyasında kəllə-üz kompleksinin antropometrik parametrləri, nisbət indeksləri və yumşaq toxumaların qalınlığı əsasında kompüter proqramı işlənəcək. Gələcəkdə üz-çənə və plastik cərrahlar bu kompüter proqramından kraniofasial estetik və rekonstruktiv əməliyyatların planlaşdırılmasında yararlana bilərlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub