Sumqayıt Tibb Mərkəzi səyyar tibbi aksiyaya start verib
15.07.2022 08:02
Sumqayıt Tibb Mərkəzi (STM) "İcbari tibbi sığorta ilə sağlam yaşa!" şüarı ilə səyyar tibbi aksiyaya start verib.
 
Aztibb.az xəbər verir ki, aksiya çərçivəsində Sumqayıtın Hacı Zeynalabdin, Corat qəsəbələrində və "Stansiya Sumqayıt" yaşayış massivində 65 yaş və yuxarı yaş qruplarından olan 150-yə yaxın pasiyentin müayinəsi həyata keçiriləcək.
 
Aksiya zamanı terapevt, oftalmoloq, kardioloq və USM həkimi pasiyentləri müayinə edəcək. Müayinə zamanı səhhətində narahatlıq hiss olunan vətəndaşlarda tibbi göstərişlərə əsasən
 
STM-in tabeliyində olan tibb müəssisələrində xidmətin verilməsi təmin olunacaq, eləcə də verilməsi mümkün olmayan tibbi xidmətlərlə bağlı müqaviləli tibb müəssisələrinə göndərişin verilməsi ilə bağlı müvafiq addımlar atılacaq.
 
Əsas məqsəd şəhərdən kənarda yerləşən yaşayış məntəqələrində yaşayan ahıl insanların tibbi xidmətə əlçatanlığını təmin etmək, icbari tibbi sığortanın yaratdığı imkanlar çərçivəsində təqdim olunan xidmətlərlə bağlı onlar arasında maarifləndirmə işləri aparmaqdır.
 
Tibbi aksiyanın ilk günü Hacı Zeynalabdin qəsəbəsində 50-ə yaxın yaşlı pasiyent müayinə olunub. Sağlamlıqlarında problemlər müşahidə olunanlara tövsiyələr verilib. İcbari tibbi sığortanın tətbiqi ilə bağlı onları maraqlandıran suallar cavablandırılıb.
 
Aksiyada iştirak edən Hacı Zeynalabdin qəsəbəsi sakinləri Sumqayıt Tibb Mərkəzinin bu addımını yüksək qiymətləndirib, məmnunluqlarını ifadə ediblər.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər