Bunu edəndən 6 dəqiqə sonra stres 60% azalır - Araşdırma
18.09.2020 13:56

Stres həyatımızın ayrılmaz hissəsinə çevrilib. Qısamüddətli, güclü olmayan streslər insan sağlamlığı üçün ziyanlı deyil və hətta faydalı sayılır.

 

Əksinə uzunmüddətli, xroniki streslər isə insan orqanizminə ciddi ziyan vurur və bir çox xəstəliklərin və o cümlədən ürək-damar, endokrin və s. xəstəliklərin inkişafına təkan verir.

 

Stresi azaltmaq məqsədi ilə müxtəlif üsullardan istifadə etmək olar. Buraya musiqi dinləmək, idman, hobbi, açıq havada gəzintilər, fiziki iş və s. aid ola bilər.

 

Tanınmış rusiyalı həkim-psixoterapevt Andrey Kurpatov stresin səviyyəsini təsir edən üsullarla bağlı müsahibəsində bildirib ki, elmi araşdırmaların nəticələrinə görə kitab oxumaq stresi çox tez və əhəmiyyətli dərəcədə azaldır. Kitab oxumağa başlayandan 6 dəqiqə sonra stres 60% azalır və insan özünü daha rahat hiss etməyə başlayır. Kitabın janrı burada heç bir rol oynamır. Bu detekviv, sentimental roman və ya ciddi elmi məqalə ola bilər. İstənilən halda kitab stressi azaldır.

 

Mütəxəssis elektron deyil, adi kağız kitabları seçməyi tövsiyə edir.  

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib