"İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi üçün Potensialın Gücləndirilməsi Proqramı” yekunlaşıb
09.07.2022 19:22

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə ADA Universitetinin tərəfdaşlığı çərçivəsində icra edilən “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi üçün Potensialın Gücləndirilməsi Proqramı” yekunlaşıb.

 

Proqramın bağlanış mərasimində Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev, İdarə Heyəti sədrinin müavini Nigar Bayramova, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İdarə Heyəti sədri vəzifəsini icra edən Vüqar Qurbanov, ADA Universitetinin prorektoru və İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə, İnstitutun direktor müavini Aygün Hacıyeva və ADA Universitetinin İxtisasartırma Proqramlarının rəhbəri Nərgiz İsmayılova iştirak ediblər.

 

Zaur Əliyev Agentliyin və TƏBİB-in əməkdaşlarına təlimlərdə iştirak etmə imkanı yaratdığı üçün ADA Universitetinə təşəkkürünü ifadə edib.

 

Nigar Bayramova əməkdaşların bilik və bacarıqlarının artırılması baxımından təlim proqramının əhəmiyyətindən danışıb.

 

Vüqar Qurbanov və Fariz İsmayılzadə təlim kursunu bitirmələri münasibəti ilə iştirakçıları təbrik edib.

 

ADA Universiteti nəzdində fəaliyyət göstərən İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma Proqramları tərəfindən təşkil olunan təlim kursu cari ilin aprel ayında başlayıb. Təxminən 3 ay davam edən kursda Agentlik və TƏBİB-in 70 əməkdaşı iştirak edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub