“İnsultun Reabilitasiyası Modul-1” adlı elmi-praktik konfrans keçirilib
08.07.2022 21:28
07-08 iyul 2022-ci il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB), Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu (ETTBİ) və Azərbaycan Tibb Universitetinin (ATU) birgə təşkilatçılığı, Azərbaycan Fizioterapiya və Reabilitasiya Assosiasiyası və Milli Nevroloqlar Assosiasiyasının dəstəyi ilə “İnsultun Reabilitasiyası Modul-1” adlı elmi-praktik konfrans keçirilib.
Aztibb.az xəbər verir ki, iki gün davam edən konfransın təşkilinin məqsədi tibb işçilərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, bu sahədə onları müasir yeniliklərlə tanış etmək olub.
Konfransda açılış nitqi ilə Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru, t.ü.f.d., Dr. Pərvin Əkbərov çıxış edib. P.Əkbərov konfrans iştirakçılarına İnstitutun tarixindən qısa məlumat verərək, “COVID-19-dan sonra insult riski və bunun üçün qabaqlayıcı reabilitasiya tədbirləri" mövzusunda çıxış edib.
Daha sonra ETTBİ-nin Elmi işlər üzrə direktor müavini, professor Sədaqət Hüseynova da İnstitutun elmi istiqamətləri haqqında məlumat verdikdən sonra "İnsultdan sonra reabilitasiyaya yeni yanaşmalar" mövzusunda çıxış edib.
Konfransda Eskişehir Osmangazi Universitetinin professoru Dr. Serhat Özkan, Varşava Psixiatriya və Nevrologiya İnstitutunun nümayəndəsi Dr. İvona Sarzinska-Dlugosz, Avropa İnsult Təşkilatının (ESO) Reabilitasiya Departamentinin sədri Aksel Kohlmetz məruzəçi kimi iştirak ediblər.
Qonaq qismində TƏBİB-in Strateji inkişaf departamentinin rəhbəri Yaqut Qarayeva, Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin professoru Fuad Həsənov, Azərbaycan Tibb Universitetinin Nevrologiya kafedrasının müdiri Aytən Məmmədbəyli, Həkimlərin Təkmilləşdirmə İnstitutunun Nevrologiya və klinik neyrofiziologiya kafedrasının müdiri Rəna Şirəliyeva iştirak ediblər.
Sonda konfrans iştirakçıları sertifikatlarla və davamlı tibbi təhsil (DTT) kredit balları ilə təltif olunublar.
Bu bölməyə aid digər xəbərlər
Beynəlxalq İPİN həftəsinə həsr edilən tədbir keçirilib
23.10.2026 | 13:11
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 12:33
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 10:39
Mərkəzi Neftçilər Xəstəxanasında YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib
21.10.2026 | 11:08
Sabunçu Tibb Mərkəzində “Revmatoloqa gedən siqnallar” adlı elmi-praktik konfrans keçirilib
19.10.2026 | 16:04
Səhiyyə Nazirliyi və Həmkarlar İttifaqının təşkilatçılığı ilə Qubada regional konfrans baş tutub
17.10.2026 | 11:12
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Klinikada yeni qəbul olunmuş və artıq məzun olmuş həkim-rezidentlərlə görüş
17.10.2026 | 10:08
Azərbaycan və Özbəkistan arasında tibbi təcrübə mübadiləsi davam edir
17.10.2026 | 09:07
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müşavirə
17.10.2026 | 08:03
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51

