Türkiyəli həkim kardioloq xəstə yaxını tərəfindən qətlə yetirilib
08.07.2022 19:24

Türkiyə Cümhuriyyəti Konya Şəhər Xəstəxanasında çalışan həkim kardioloq Ekrem Karakaya vəzifə başında xəstə yaxını tərəfindən qətlə yetirilib.

 

Aztibb.az xəbər verir ki, Konya Şəhər Xəstəxanasında pasiyentin qohumu tərəfindən silahlı hücuma məruz qalan və daha sonra həyatını itirən Əkrəm Karakaya ölümü ilə bütün Türkiyənin kədərləndirib. Qatilin qətldən sonra intihar etdiyi qeydə alınıb. 

 

Türkiyə mətbuatının verdiyi məlumata görə, Konya Şəhər Xəstəxanasında çalışan kardioloq Əkrəm Karakaya poliklinikada 39 yaşlı Hacı Mehmet Akçay tərəfindən güllələnərək öldürülüb. Xəstəxana əməkdaşları tərəfindən həm həkim Karakaya, həm də cinayətdə şübhəli bilinən Akçaya ilkin tibbi yardım göstərilib. Bütün müdaxilələrə baxmayaraq, eyni silahla başına atəş açan silahlını xilas etmək mümkün olmayıb və ölüb. Akçayın bir ay əvvəl itirdiyi anasının ölümündə həkim Karakayanı günahlandırdığı iddia edilib.

 

Qeyd edək ki, hadisə iyulun 6-da saat 14.20 radələrində mərkəz Karatay rayonunda yerləşən Konya Şəhər Xəstəxanasında baş verib.

 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub