Sumqayıt Tibb Mərkəzinin tabeliyindəki Uşaq xəstəxanasında maarifləndirici elmi seminar keçirilib
08.07.2022 16:33

Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq xəstəxanasında növbəti maarifləndirici elmi seminar keçirilib.


Bu dəfəki seminarda xəstəxananın həkim-endokrinoloqu Dilşad Babayeva "Hipotireoz" mövzusunda məruzə ilə çıxış edib.

 

Məruzəçi çıxışında bildirib ki, hipotireoz endokrin sİstemin ən çox rast gəlinən xəstəliklərindəndir.
Qeyd edib ki, hipoterioz vaxtında aşkar edilib düzgün müalicə olunarsa, xəstəliyin proqnozu müsbət olur.
O, uşaq və yeniyetmələrdə tiroid vəzinin çatışmazlığının cinsi və boy inkişafının pozulmasına aparıb çıxardığını vurğulayıb. Eyni zamanda, uşaqlarda müalicə olunmayan hipotireozun bərpa oluna bilməyən əqli geriliyə səbəb olduğunu bildirib.

 

Seminarda Sumqayıt Uşaq xəstəxanasının həkimlərinin təcrübəsində sözügedən xəstəliklə bağlı rast gəlinən haldan danışılıb, eləcə də həmin pasiyentin müalicə üsulu diqqətə çatdırılıb.

 

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən elmi seminarda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

Qeyd edək ki, seminarda Sumqayıt Uşaq xəstəxanasının baş həkimi Məzahir Müzəffərov da iştirak edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib