Azərbaycanlı həkimlər Rusiyada təlimlərdə iştirak edibər
07.07.2022 14:56
Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Milli Elmi-Tədqiqat Uşaq Sağlamlığı Mərkəzinin bazasında “Uşaqlara kəskin vəziyyətlərdə təcili yardımın göstərilməsi prinsipləri” mövzusunda elmi-praktik seminar keçirilib.
Tədbirdə ölkəni təmsil edən nümayəndə heyətində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Tibbi fəaliyyətin təşkili departamentinin Ana və uşaq sağlamlığının təşkili şöbəsinin məsləhətçisi Şəbnəm Şahgəldiyeva, həmçinin tabeli müəssisələrdən həkim-pediatrlar, həkim-reanimatoloqlar, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun və Azərbaycan Tibb Universitetinin əməkdaşları, Abşeron, Ağdaş, Quba, Qusar, Şamaxı, Salyan rayon və Gəncə şəhər mərkəzi xəstəxanalarından əməkdaşlar olmaqla, ümumilikdə 15 nəfər iştirak edib.
Rusiya Federasiyası Səhiyyə Nazirliyinin Milli Elmi-Tədqiqat Mərkəzinin bazasında yerləşən simulyasiya mərkəzində keçirilmiş praktik və seminar hissədən ibarət təlimlərdə pediatriya, uşaq cərrahiyyəsi üzrə professor və müəllimlərdən ibarət heyət tərəfindən ümumilikdə 40 mühazirə dinlənilib. Mühazirələrin sonunda yaranmış kəskin klinik halların təhlili aparılıb.
Təxirəsalınmaz vəziyyətlərin düzgün idarə olunması, vaxtında düzgün tibbi yardımın göstərilməsi mövzularında 15 praktiki təlim (defibrillyatorun tətbiqi, lumbal punksiya, uşaqlarda tənəffüs yollarının keçiriciliyinin təmin edilməsi, intubasiya, yaraların birincili cərrahi işlənilməsi, plevral və perikardial punksiya, ürək ritminin pozulması zamanı ilk yardım, şoklar və ürək dayanması zamanı ilkin tibbi yardımın göstərilməsi, konikotomiya, uşaqlarda venoz və intraosseoz punksiyanın texnikası) keçirilib və simulyasion mərkəzin manipulyasiya və cərrahi otaqlarında yerləşən xüsusi mulyajlar üzərində praktikada tətbiq edilib. Simulyasiya mərkəzində texniki olaraq uşaqlarda ağır klinik hallar canlandırılıb və komanda şəklində tapşırıqlar icra olunub.
Təlimlərdə iştirakçılara müxtəlif dərs vəsaitləri və metodik kitabçalar təqdim edilib, uşaq sağlamlığının qorunmasına xidmət edən, uşaqlarda ölümə səbəb olan təcili, təxirəsalınmaz hallarının idarəedilməsi istiqamətində faydalı və məhsuldar məlumatlar verilib.
Təlimin yekununda iştirakçılar imtahan edilərək sertifikatlar təqdim edilib.
Bu bölməyə aid digər xəbərlər
Azərbaycan tibb tarixində ilk: 19 həftəlik hamilə qadının üzərində dünyada nadir rast gəlinən əməliyyat aparıldı
23.10.2026 | 13:44
Mərkəzi Gömrük Hospitalının Fizioterapiya şöbəsində müasir müalicə və reabilitasiya metodları tətbiq olunur
23.10.2026 | 09:54
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Tədris Cərrahiyyə Klinikasında uğurlu əməliyyat: Xəstənin çənəsində zədələnmiş sümük toxumasının rezeksiyası icra edilib
22.10.2026 | 13:22
ATU Beynəlxalq Kitab Sərgisində təmsil olunur
22.10.2026 | 11:48
Respublika Kliniki Uroloji Xəstəxanasında ilk dəfə laparoskopik adrenalektomiya əməliyyatı aparılıb
22.10.2026 | 10:38
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
22.10.2026 | 09:11
Mərkəzi Neftçilər Xəstəxanasında ürəyi dayanan pasiyent həkimlərin operativ müdaxiləsi ilə həyata qaytarılıb
21.10.2026 | 16:17
Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib
21.10.2026 | 14:40
Patronaj xidməti ailələrə daha yaxın: 300-dən çox şəxs tibbi müayinələrə cəlb olunub
21.10.2026 | 14:34
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
18.10.2026 | 08:12

