Azərbaycan və Macarıstan arasında tibb elmi sahəsində əməkdaşlıq genişləndiriləcək
07.07.2022 12:34

Səhiyyə Nazirliyində Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Viktor Sederkenyi ilə görüş keçirilib.

 

Aztibb.az Səhiyyə Nazirliyinə istinadla bildirir ki, görüş zamanı səhiyyə naziri Teymur Musayev Azərbaycanla Macarıstan arasında səhiyyə və sosial sahədə məhsuldar əməkdaşlıq əlaqələrinin mövcudluğunu vurğulayıb: “Ölkələrimiz arasında tibb elmi sahəsində də əməkdaşlıq əlaqələri mövcuddur. Hər iki ölkənin alimləri və tibb mütəxəssisləri Azərbaycan və Macarıstanda tibb elmi sahəsində keçirilən konfrans və simpoziumlarda mütəmadi olaraq iştirak edirlər”.

 

Əczaçılıq sahəsində də əlaqələrin dinamik inkişaf etməsini vurğulayan nazir qeyd edib ki, Azərbaycanda səhiyyə müəssisələrinin bir qismi Macarıstan istehsalı olan tibbi cihazlarla təchiz olunub: “Həmçinin şəkərli diabetə qarşı mübarizə üzrə Dövlət Proqramı çərçivəsində xəstələrə paylanan qlükometr cihazlarının və reaktivlərin əksəriyyəti yüksək keyfiyyətli Macarıstan məhsuludur”.

 

Çıxışının sonunda Teymur Musayev gələcəkdə əməkdaşlığın daha da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu deyib.

 

Öz növbəsində Viktor Sederkenyi 2020-ci ildə Azərbaycan Səhiyyə Nazirliyi ilə Macarıstanın İnsan Resursları Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumun imzalandığını xatırladıb. Son illər ölkələrimiz arasında əczaçılıq sənayesində uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayan səfir tibb təhsili sahəsində də qarşılıqlı fəaliyyət üçün yeni imkanların yaradıldığını bildirib.

 

Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə əməkdaşlığın mövcud vəziyyəti və potensial inkişaf imkanları, Macarıstan və Azərbaycan arasında COVID-19 pandemiyasına qarşı mübarizədə əməkdaşlıq, imzalanmış səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Memorandumun həyata keçirilməsi, onkologiya sektorunda Macarıstan istehsalı olan müasir texnologiyalarına dair təkliflər və digər məsələlər müzakirə olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib