Hoçkin limfomasından əziyyət çəkən həkim terapevt dünyasını dəyişib
07.07.2022 15:12
2 ildir ki, Hoçkin limfomasından əziyyət çəkən və insanların dəstəyi ilə Türkiyədə müalicə alan Şəbnəm Mikayılova dünyasını dəyişib. 
 
Aztibb.az xəbər verir ki, Cəlilabad Rayon Mərkəzi Xəsətəxanasında həkim-terapevt vəzifəsində çalışan Şəbnəm Mikayılova limfa sisteminin limfosit mənşəli bədxassəli şişi olan Hoçkin limfoması xəstəliyindən əziyyət çəkirdi. Həkimin müalicəsi və sağalması üçün 100 min dollar vəsait tələb olunurdu.

 

Ş.Mikayılova 2 il müalicə alsa da, heç bir nəticə əldə edilməmişdi. Türkiyədə 8 aylıq müalicə kursunu keçməli, sonra isə ona sümük iliyi köçürülməli idi.

 

Tanınmış həkim-pediatr Aytən İsmayılzadə də sosial şəbəkədə müraciət edərək insanları həmkarının həyatını xilas etməyə çağırmışdı.

 

Onu da qeyd edək ki, Ş.Mikayılova iki il əvvəl əsas xəstəliyinə bağlı olaraq bazu sümüyündə baş verən destruksiya səbəbilə Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda müalicə almışdı.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub