İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin nümayəndə heyəti ATU-da olub
06.07.2022 16:42

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin əczaçılıq üzrə nümayəndə heyəti Azərbaycan Tibb Universitetinin (ATU) qonağı olub.

 

Aztibb.az xəbər verir ki, ATU-nun əczaçılıq fakültəsini ziyarət edən mütəxəssislər burada tədris prosesinin təşkili ilə yaxından tanış olublar.

 

Birinci Moskva Dövlət Tibb Universitetinin nümayəndələri ATU-nun Əczaçılıq fakültəsinin dekanı, dosent Fərəh Mədətli ilə görüşüblər. Görüş zamanı qonaqlara universitetin fəaliyyəti, əldə olunan nailiyyətlər, beynəlxalq əlaqələrin təşkili, ATU-nun  klinikaları və s. haqqında məlumat verilib.

 

Daha sonra İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Sənaye əczaçılığı kafedrasının müdiri, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, professor Natalya Pyatiqorskaya təmsil etdiyi ali məktəb haqqında məlumat verib. Görüş zamanı ATU ilə bu qurum arasında əməkdaşlıq istiqamətləri barədə müzakirələr aparılıb.

 

Sonda qonaqlara xatirə hədiyyələri təqdim olunub.

 

Səfər çərçivəsində nümayəndə heyəti, həmçinin ATU-nun Əczaçılıq fakültəsinin kafedraları, laboratoriyaları ilə tanış olub, professor-müəllim heyəti ilə fikir mübadiləsi aparıblar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub