"Həkimlərimizi tanıyaq!" rubrikası təqdim edir: Yüksəkixtisaslı kardioloq Emin Allahverdiyev
06.07.2022 12:14
Aztibb.az “Həkimlərimizi tanıyın!” rubrikasında Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı kardioloqu Emin Allahverdiyevi təqdim edir.
 
Emin Allahverdiyev Mərkəzi Gömrük Hospitalında EKQ, ExoKardioqrafiya, Fiziki Yük sınağı (Stress Test), Holter Monitorinqi, Kardioversiya, Koronar Angioqrafiya və Koronar Angioplastika ilə məşğul olur.
 
E. Allahverdiyev 2008-ci ildə Azərbaycan Tibb Universitetini bitirib. 2008-2009-cu illərdə Elmi-Tədqiqat Kardiologiya İnstitutunda, 2010-2011-ci illərdə Mərkəzi Neftçilər xəstəxanasında, 2011-2020-ci illərdə Mərkəzi Dənizçilər Xəstəxanasında işləmişdir. 2020-ci ildən etibarən Mərkəzi Gömrük Hospitalında həkim-kardioloq kimi çalışır.
 
Dr.Emin Allahverdiyev öz üzərində daim çalışan yüksəkixtisaslı mütəxəssisdir. O, 2018-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Həkimləri Təkmilləşdirmə İnstitutunda Exokardioqrafiya üzrə, 2019-cu ildə Türkiyənin Ankara şəhərində Başkent Universiteti Ankara Xəstəxanasında ExoKQ və Koronar Angioqrafiya, 2021-ci ildə isə Minsk şəhərində Elmi-praktik Kardiologiya İnstitutunda invaziv müdaxilələr üzrə kurslar keçmişdir.
 
Dr. E.Allahverdiyev daim öz üzərində çalışır, dünya mətbuatını izləyir və öz sahəsinə aid bütün yenilikləri, elmi nailiyyətləri mənimsəyərək, öz gündəlik təcrübəsində tətbiq etməyə çalışır. O, beynəlxalq konfranslarda, o cümlədən 2014-cü ildə Polşa Kardiologiya Cəmiyyətinin Poznan şəhərində təşkil etdiyi konqresdə, 2017-ci ildə Avropa Kardiologiya Cəmiyyətinin Barselona, 2018-ci ildə Münhen şəhərlərində təşkil etdiyi konqreslərdə və Azərbaycan Kardiologiya Cəmiyyətinin təşkil etdiyi konfranslarda fəal iştirak etmişdir.
 
O, Azərbaycan və Avropa kardiologiya cəmiyyətinin üzvüdür.
 
Dr.Emin Allahverdiyevin qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub