2 saylı Klinik Uşaq Xəstəxanasında Uşaq nefrologiyası şöbəsi fəaliyyətə başlayıb
06.07.2022 10:56

Kliniki Tibbi Mərkəzin (KTM) tabeliyindəki 2 saylı Klinik Uşaq Xəstəxanasında Uşaq nefrologiyası şöbəsi fəaliyyətə başlayıb. 

 

Bu Azərbaycanda yeganə Uşaq nefrologiyası şöbəsidir ki, bu günədək 3 saylı Uşaq Xəstəxanasında fəaliyyət göstərib. 1975-1976-cı illərdə yaradılmış şöbə bundan sonra KTM-in tabeliyindəki 2 saylı Klinik Uşaq Xəstəxanasında xidmət göstərəcək.

 

Məlumat üçün bildirək ki, 2 saylı Klinik Uşaq Xəstəxanasının gələcəkdə çoxprofilli uşaq tibb mərkəzinə çevirilməsi planlaşdırılır və bu məqsədlə artıq tibb ocağında bir sıra yeniliklər həyata keçirilir. Onlardan biri də Uşaq nefrologiyası şöbəsinin burada yenidən qurulması və inkişaf etdirilməsidir.
Ölkəmizin bütün bölgələrindən 1 yaşından 17 yaşınadək uşaqların gətirilə biləcəyi bu şöbədə əsasən böyrək patologiyasından əziyyət çəkənlər müalicə olunur. Burada laborator və ultrasəs müayinələr, böyrək testləri, sidik analizləri və digər müayinələr həyata keçirilir.

 

Kəskin və xroniki qlomerulnefritlər, irsi nefritlər, kəskin və xroniki pielonefritlər, sidik yollarının infeksiyası, kəskin və xroniki böyrək çatışmazlığı, ikincili nefropatiyalar şöbə həkimlərinin daha çox rastlaşdığı xəstəliklərdir.

 

Qeyd edək ki, hazırda ölkəmizin yeganə Uşaq nefrologiyası şöbəsində 6 həkim, 15 tibb bacısı, 6 kiçik tibb işçisi çalışır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub