“Kliniki laborator müayinələrin yeni nəsil Sysmex sistemləri vasitəsi ilə tədqiqi” mövzusunda vebinar keçirilib
06.07.2022 10:31

İyulun 5-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və "Spektr Med" şirkətinin birgə təşkilatçılığı ilə “Kliniki laborator müayinələrin yeni nəsil Sysmex sistemləri vasitəsi ilə tədqiqi” mövzusunda vebinar həyata keçirilib.

 

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev vebinar iştirakçılarını salamlayaraq diaqnozun qoyulmasında və uğurlu müalicə işinin təşkilində laborator nəticələrin doğruluğunun əhəmiyyətini qeyd edib. O, Mərkəzi Gömrük Hospitalının laboratoriyasının ən müasir avadanlıqlarla təchiz olunduğunu vurğulayaraq bu sahədə çalışan mütəxəssislər üçün davamlı olaraq təkmilləşdirici tədbirlərin həyata keçirildiyini söyləyib.

 

Vebinarın mütəxəssislərarası təcrübə mübadiləsi üçün maraqlı bir platforma olacağına inamını ifadə edən İ.Əfəndiyev çıxışının sonunda tədbirin işinə uğurlar arzulayıb.

 

Daha sonra "Spektr Med" şirkətinin texniki dəstək və təlim şöbəsinin müdiri Sərxan Nəcəfli və satış və marketinq şöbəsinin baş mütəxəssisi Zülfü Bayramlı çıxış edərək davamlı və uğurlu əməkdaşlığa görə təşəkkür ediblər. Onlar dinləyiciləri sual-cavab və müzakirələrdə aktiv olmağa səsləyiblər.

 

Mərkəzi Gömrük Hospitalının Laboratoriya şöbəsinin rəisi Sevinc Gülmalıyevanın moderatorluğu ilə həyata keçirilmiş tədbirdə "Spektr Med" şirkətinin Axın Sitometriyası və Klinik Kimya üzrə Məhsul Meneceri Ramazan Ayaş və Hematologiya və Koaqulyasiya üzrə Məhsul Meneceri Özgen Büyükgöze kliniki laborator müayinələrin yeni nəsil, Yaponiya istehsalı Sysmex sistemləri vasitəsilə tədqiqi prinsiplərinə dair məruzə ilə çıxış ediblər, eləcə də dinləyiciləri maraqlandıran sualları cavablandırıblar.

 

Tədbirdə Mərkəzi Gömrük Hospitalının həkimləri, orta tibb personalı və rezidentlər iştirak ediblər.

 

Daha geniş auditoriyanın maarifləndirilməsi məqsədilə vebinar Mərkəzi Gömrük Hospitalının rəsmi facebook səhifəsi üzərindən canlı yayımlanıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib